kanal1

İsgəndəryan: “Bütün oyunçuların Azərbaycana Ermənistandan daha çox ehtiyacı var, çünki...”

Tarix:26-04-2023, 09:12
Baxış Sayı:131 687

İsgəndəryan: “Bütün oyunçuların Azərbaycana Ermənistandan daha çox ehtiyacı var, çünki...”


Bu gün Cənubi Qafqazda marağı olan  güclərin Azərbaycana Ermənistandan daha  çox ehtiyacı var və ona görə də hamı onun mövqeyini nəzərə alır.

Bunu erməni politoloq Aleksandr İsgəndəryan deyib.

O bildirib ki, Bakı məqsədinə çatmaq üçün Rusiya, Qərb, Şərq və bütövlükdə hamı ilə işləyir, çünki bu, çətin məsələdir.

“Azərbaycanın Rusiya üçün əhəmiyyəti indi xeyli artıb. Azərbaycan Rusiyanın Qərbə gedən xammal ixracının əhəmiyyətli hissəsini təşkil edir. Azərbaycanı Rusiya üçün əhəmiyyətli edən həm də Türkiyədir. Seçkilərdən sonra Ermənistanla bağlı siyasəti istənilən halda Azərbaycan tərəfinə yönələcək. Qərb üçün Azərbaycan İranla Rusiya arasında yerləşən bir ölkə kimi dəyərlidir. Ona görə də Qərb Bakını məcbur etməyəcək”, - İsgəndəryan əlavə edib.
O qeyd edib ki, bu fonda Azərbaycan Ermənistan tərəfinə, o cümlədən hərbi, müzakirə və diplomatik təzyiqlərə davam edir.

“Laçın dəhlizindəki Azərbaycan keçid məntəqəsi de-fakto 2022-ci ilin dekabrında yaranıb. Bu rolu dəhlizi bağlayan Azərbaycan hökumətinin adamları oynayıb. İndi bu vəziyyət rəsmiləşib və coğrafi baxımdan Ermənistana yaxınlaşıb. Bu, istənilən nəticələrə nail olmaq üçün təzyiq strategiyasıdır”, - politoloq hesab edir.

Onun fikrincə, Moskva bundan sonra vəziyyətin dəyişməsini istəmir və bunu edə bilməz, o ancaq indiyədək nəsə etməyə cəhd edə bilərdi.

“Qarabağ məsələsi Rusiya üçün Qərb sərhədinin bağlanması fonunda geniş ərazilərin təhlükəsizlik sxemlərinin mozaikasının bir hissəsidir. Türkiyə və Suriya da daxil olmaqla bir çox elementləri var. Bu mozaikada Qarabağ problemi ən ciddi, ən böyük hissəsi deyil.  Rusiya Qarabağ münaqişəsini Ermənistandan tamamilə fərqli şəkildə qəbul edir. Qərb üçün bu, çox periferik problemdir. Bundan əlavə, Qərbin postsovet məkanı ölkələrində məqsədləri onların Rusiyaya yaxınlığı və Rusiyanın bu ölkələrdəki rolu ilə müəyyən edilir”, - İskəndəryan bildirib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi