kanal1

Qarabağ məsələsində müttəfiqimiz yoxdur, özümüzü aldatmayaq -Ter-Petrosyan

Tarix:8-05-2023, 12:16
Baxış Sayı:183 447

Qarabağ məsələsində müttəfiqimiz yoxdur, özümüzü aldatmayaq -Ter-Petrosyan


“Mövcud siyasi şərait nəticəsində Ermənistan Respublikası 25 ildir ki, ləyaqətli dövlətlər ailəsindən uzaqlaşdırılıb. Buna isə Ermənistan hakimiyyətinin məzmunca sərt tələbkar və forma etibarilə qeyri-diplomatik (emosional) keyfiyyətləri özündə əks etdirən bəyanatları kömək edir. Yeri gəlmişkən, hakimiyyət qarşı tərəfi belə həvəsləndirir, Ermənistana az-çox dost olan dövlətləri sıxışdırır”.

Bu Ermənistanın sabiq prezident Levon Ter-Petrosyanın 100 illiyi ilə bağlı nəşr olunmuş “Erməni soyqırımı” yazısında qeyd olunub.

Məqalədə ermənilərin uydurma soyqırımı məsələsini davamlı olaraq gündəmə gətirməsinin xeyrindən daha çox ziyanı olduğu vurğulanır.

“1965-ci ildən bəri 30-dan çox ölkə erməni soyqırımını erməni xalqının başına gələn ən böyük fəlakət kimi rəsmən tanıyıb və pisləyib. Rusiya tərəfindən bu hadisə rəsmən pislənildi, ABŞ-nin bir çox ştatları tərəfindən tanındı və pisləndi. Nəticə nə oldu?”, yazıda qeyd olunur.

Petrosyanın  həmin yazının oxucular üçün maraqlı olacağını nəzərə alaraq  bəzi məqamları  təqdim edirik:

“- Dövlət hər hansı problemi öz siyasi gündəminə qoya və onun arxasınca o zaman gedə bilər ki, lazımi resurs və inandırıcı hesablamalar olsun.
- Nəhayət dərk etməyin vaxtıdır ki, siyasətdə və hüquqda “tarixi hüquq” anlayışı yoxdur, ağlını itirməyən insan bilməlidir ki, dünya ilə o dildə danışmaq olmaz.
-1994-cü ildə Qarabağla ATƏT-in Budapeşt sammitində beynəlxalq ictimaiyyət Qarabağı münaqişənin bərabərhüquqlu, Ermənistan və Azərbaycana bərabər olan tərəf kimi tanımalı oldu.
- Robert Köçəryan nə dedi? Dedi: Mən Qarabağın prezidenti idim, indi Ermənistanın prezidentiyəm, həm Qarabağı, həm də Ermənistanı təmsil edə bilərəm, Qarabağın danışıqlarda iştirakına ehtiyac yoxdur. O, Azərbaycana və beynəlxalq ictimaiyyətə elə bir hədiyyə etdi ki, hətta onlar heyrətləndilər.
- Özümüzü aldatmaqla məşğul olub, boş illüziyalara qapılmayaq. Qarabağın müstəqilliyi məsələsində bizim müttəfiqimiz yoxdur. Mövcud problemi bizim üçün heç kim həll etməyəcək. Bizim yeganə müttəfiqimiz belə mənasız illüziyalardan imtina etməkdir.
- Rusiyada hakimiyyət kim olursa olsun, Qarabağın müstəqilliyini tanımayacaq. Bunu başa düşmək üçün böyük zəka lazım deyil, çünki onun tərkibində iyirmi Qarabağ var.
- Heç bir ölkə Ermənistan hakimiyyətinin tələbi ilə  soyqırımını tanımayıb və tanımayacaq da. İstənilən ölkə bunu iki halda edə bilər. Birincisi, o ölkədə güclü icma varsa, xüsusən də seçkilər zamanı onun hakimiyyətinə problem yaradırsa və və onların sıx əlaqəsi varsa. İkincisi, geosiyasi ambisiyaları baxımından bu, onlar üçün faydalıdırsa, bu, onlara lazımdır.

- Ermənistan-Türkiyə münasibətləri və Qarabağ münaqişəsinin həlli olmadan Ermənistanın təhlükələrlə dolu olan regionumuzda iqtisadi inkişaf və təhlükəsiz yaşama perspektivi yoxdur”.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi