kanal1

İlon Mask Azərbaycana gəlir

Tarix:10-05-2023, 09:15
Baxış Sayı:125 337

İlon Mask Azərbaycana gəlir


“Azərkosmos” ilə “SpaceX” şirkəti  arasında əməkdaşlıq müqaviləsi imzalanıb, İlon Maskın oktyabrda Bakıya gəlişi reallaşmaq üzrədir.

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, Azərbaycanın yeni müşahidə peykinin İsrail tərəfindən istehsal olunacağını və "SpaceX" şirkəti tərəfindən orbitə qaldırılacağını gözləmək olar:

"Müqaviləyə əsasən, "Azərkosmos" və "SpaceX" şirkəti arasında şirkətin "Starlink" peyk internet xidmətinin Azərbaycanda  satışı üzrə razılıq əldə olunub. Xeyli müddət olardı ki, Azərbaycan ərazisi də "Starlink" peyklərinin əhatə dairəsinə daxil olmuşdu. "Starlink" internet xidməti yetərincə baha olduğundan güman ki, bu xidmət daha çox korporativ sektor, işğaldan azad olunan ərazilər və ənənəvi internet bağlantıların əlçatan olmadığı ərazilər üçün cəlbedici olacaq.

Xatırladıram ki, müharibə şəraitində olan Ukrayna bu peyk operatorunun imkanlarından yetərincə bəhrələnmişdi. İstənilən halda, alternativ bir internet xidməti olaraq "Starlink"in ölkəmizə gəlişi yetərincə faydalıdır.

Düşünmək olar ki, "Azərkosmos" bu əməkdaşlıq çərçivəsində yeni istehsal olunacaq peyklərin də "SpaceX" vasitəsilə orbitə qaldırılmasını nəzərdə tutub. Daha öncə də "Azərkosmos" rəhbərliyi belə bir əməkdaşlıq üzərində çalışdıqlarını bildirmişdi. Beləliklə, Azərbaycanın yeni müşahidə peykinin İsrail tərəfindən istehsal olunacağını və "SpaceX" şirkəti tərəfindən orbitə qaldırılacağını gözləmək olar".

Ekspertin fikrincə, son illərin də təcrübəsi göstərir ki, əlçatanlıq, qiymətlərin sərfəli olması və daha müasir həllər baxımından "SpaceX" şirkəti ilə əməkdaşlıq əhəmiyyətlidir və doğru seçimdir: "Bununla da ölkəmizdə internet xidməti göstərən provayderlərin sayı daha da artmış oldu. Hazırda 150-dən çox provayder Azərbaycan internet məkanında xidmət göstərir".

"Beləliklə, qeyd olunan müqavilənin reallaşması ilə bu ilin oktyabrında Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə İlon Maskın da qatılacağını gözləmək olar. Həmçinin gözləmək olar ki, peykimizin orbitə qaldırılması ilə bağlı "SpaceX" ilə anlaşmalar elə Konqres çərçivəsində imzalansın", - deyə O. Gündüz əlavə edib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi