kanal1

İraqla Suriya arasında 12 il sonra bir ilk

Tarix:18-07-2023, 09:16
Baxış Sayı:120 365

İraqla Suriya arasında 12 il sonra bir ilk


İraqın baş naziri Məhəmməd Şiya əl-Sudani ilk dəfə Suriyaya səfər edib.

Xarici KİV xəbər verir ki, baş nazir bazar günü Dəməşqdə Suriya Preziudenti Bəşər Əsədlə görüşüb. 
Görüşdə İraq və Suriya arasında ikitərəfli əlaqələr, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi, İŞİD terror təşkilatı ilə mübarizə məsələləri müzakirə edilib.

İki lider görüşdən sonra təşkil etdikləri mətbuat konfransında birgə açıqlamalar verib.
“Biz Suriyanı dəstəkləyirik və qapımız investisiyalar üçün açıqdır”, - deyə Sudani söyləyib.

İraqın baş naziri həmçinin bəyan edib ki, İraq ABŞ və Avropa ölkələrinin Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvini dəstəkləyir. 

İraqla Suriya arasındakı iqtisadi əlaqələri və güclənməsini qiymətləndirdiklərini deyən Bəşər Əsəd isə Sudaninin səfərinin mühüm nəticələri olacağını bildirib.

Qeyd edək ki, Sudani Suriyada vətəndaş müharibəsi başlayan 2011-ci ildən bəri Suriyaya səfər edən ilk İraq baş naziri olub.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi