kanal1

Paşinyan yararsız yolda qəzaya düşüb - VİDEO

Tarix:12-08-2023, 08:11
Baxış Sayı:117 161

Paşinyan yararsız yolda qəzaya düşüb - VİDEO


“Ermənistanda yol təmirinin keyfiyyəti biabırçı dərəcədə aşağıdır”.

Bunu Ermənistan hökumətinin avqustun 11-də keçirilən iclasında respublikanın baş naziri Nikol Paşinyan bildirib.

O, əlavə edib ki, son günlər avtomobillə ölkəni gəzərkən buna əmin olub.
“Qar yağanda yol istismar şirkətləri təmizlik işləri aparır, bəs yağış yağanda? Yağış suları yola tökülür və hamı, deyəsən, bu suları təmizləyəcək daha konstruktiv yağış gözləyir. Yağış, qar yağmasa, heç kim bu yolları təmizləmək istəmir? Hökumətin qərarına əsasən, sözügedən şirkətlər hava şəraitindən asılı olmayaraq, hər gün bütün uzunluğu boyunca yolların hərəkət hissələrini süpürməlidirlər”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, digər problem 70-ci illərdən bəri dəyişməyən yol nişanlarıdır.
“Bu nişanlar ən azı mənim yaşımdadır. Həmçinin də, xidmətçi şirkətin aradan qaldırmağa borclu olduğu yolda yaranan çuxurlar və çatlar. Dilican-İcevan yolunda hər kilometrdə çuxurlar var. Bunu kim təmir edəcək? Ölkənin baş naziri niyə bu haqda danışmalıdır? Bu o deməkdir ki, bəzi insanlar ümumiyyətlə öz işlərini görmürlər”, - deyə Nazirlər Kabinetinin rəhbəri bildirib.

Öz növbəsində Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri Qnel Sanosyan hər şeyin keçmiş hakimiyyətin dövründə necə olduğunu xatırladaraq, özünə haqq qazandırmağa çalışıb. Lakin Paşinyan nazirin çıxışını bitirməsinə imkan verməyib.

“Daxili araşdırma aparın, insanlar öz işlərini görməyiblər, nöqsanlarla işi görən şəxslərin adları ilə bir siyahını mənim masama qoyun. Bu dəliklər, qum, daşlar üzündən insanlar qəzaya düşür. 2016-cı il parlament seçkiləri zamanı mən özüm də Qeqarkunik rayonunda qum ucbatından qəza keçirdim”, - deyə hökumət başçısı yekunlaşdırıb.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi