kanal1

100 milyonlarla dollar itki - “Vaqner”in taleyi necə olacaq?

Tarix:25-08-2023, 12:02
Baxış Sayı:105 824

100 milyonlarla dollar itki - “Vaqner”in taleyi necə olacaq?


“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarə qəzasında ölməsinin ardından təşkilatın dağılacağı iddiaları səsləndirilir. 

Maraqlı məqam isə Rusiyanın hərbi maraqlarını qoruyan bu qrupun saxlanılmasının Rusiyaya nə qədər xərcə başa gəlməsidir. Eləcə də, təşkilatın dağılması Rusiya üçün nə kimi itkilərlə nəticələnə bilər?

İqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında bildirdi ki, “Vaqner” qrupuna nə qədər pul xərcləndiyini demək çətindir, çünki təşkilat uzun illərdir fəaliyyət göstərir:

“Yalnız 2 ay öncə çevrilişə cəhd zamanı Rusiya prezidenti təşkilatın xərcləri ilə bağlı məlumat vermişdi. Bildirilmişdi ki, son bir ildə “Vaqner” qrupuna 86 milyard rubl ödəniş olunub. Bu isə təqribən 1 milyard dollardan yuxarı məbləğdir. Bu qrup bir neçə ildir fəaliyyət göstərir və onun maliyyələşdirilməsi büdcənin gizli hissəsindən həyata keçirilir. Bundan əlavə, bir sıra şirkətlərə Priqojinə əlavə vəsaitlərin ödənilməsinin tapşırıldığı güman edilir”. 

Ekspertin sözlərinə görə, Priqojin “Vaqner”dən əlavə 10 milyardlarla rubl dövriyyəsi olan “Konkord” şirkətlər qrupunun da rəhbəri idi: “Ketrinq şirkəti orduya, dövlət müəssisələrinə yemək və ərzaq tədarükü ilə məşğul idi. Əgər “Konkord” şirkəti və “Vaqner” qrupu qalacaqsa, yeni rəhbərliyi və maliyyə mənbələri olacaqsa, Rusiyanın xarici ölkələrdə, eləcə də Afrika ölkələrindəki iqtisadi maraqlarını hərbi yolla həyata keçirməkdə davam edəcək. Lakin bu qrupun qalıb-qalmayacağı, hansı formada idarə olunacağı, Priqojinin yerini tuta biləcək birinin olması məlum deyil”. 

“Vaqner” və “Konkord” qrupunun nə qədər vəsaitə nəzarət etdiyi açıqlanmasa da, yüz milyonlarla dollar itkidən söhbət getdiyini deyə bilərik”, - deyə N. Cəfərli əlavə edib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi