kanal1

Sabunçuda köməkçi RİH-nin başçısı ilə danışmağı qəti qadağan edir- SƏBƏB?

Tarix:30-09-2023, 10:27
Baxış Sayı:55 842

Məlumdur ki, ölkəmizdə məmurların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları qanunla qadağan olunur. Qanunun belə bir tələbinin varlığına baxmayaraq, bu gün də bir çox vəzifə sahibi olan şəxslər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda davam edirlər. Faktdır ki, həmin şəxslər bu yöndə addımlarını atmaqla açıq-aşkar şəkildə mövcud qanunvericiliyin tələb və prinsiplərini tapdaqlar altına atırlar. Belə vəzifə sahiblərindən biri də, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Vəliyev Adil Ənvər oğlunun olduğu bildirilir.  O da hər kəsə məlumdur ki, bu şəxsin adına rəsmi sənəd üzərində əmlak olmasa da, bu yöndə atılan addım düşünülmüş taktiki addımdır. Media üzərindən apardığımız araşdırmalar zamanı bəlli olur ki, Sabunçu RİH-nin başçısının müxtəlif ərazilərdə, daha çox Sabunçu rayonu ərazisində böyük tikililəri, mağazaları, şadlıq evləri və s. var. Məsələn, mediada yayılan məlumatlarda vurğulanır ki, Adil Vəliyev icra başçısı təyin olduqdan bir müddət sonra, rayonun Bakıxanov qəsəbəsində, dəmir yolu stansiyasının yaxınlığında, hansı ki, dəmir yolunun mühafizə zolağında «AQAT» şadlıq sarayını tikdirir. Bundan başqa, rayon ərazisində bir neçə hündür mərtəbəli yaşayış binaları da tikdirir və həmin binalara lazım olan plastik qapı-pəncərə, Sabunçu qəsəbəsi ərazisində bu şəxsə məxsus olduğu bildirilən sexdə hazırlandığı qeyd olunur. Dolaşan söz-söhbətlərdə o da vurğulanır ki, həmin sex Adil Vəliyev icra başçısı təyin olunandan sonra fəaliyyətə başlayır. Başqa bir məlumatda isə vurğulanır ki, bu şəxs başçı təyin olduqdan sonra, rayon ərazisində lazımi sənədi olmayan və inşaası həyata keçirilən ticarət obyektlərinin, fərdi yaşayış sahələrinin və s. sayı həddən-ziyadə artır.

  Diqqəti cəlb edən hallardan biri də ondan ibarətdir ki, istənilən məsələ ilə bağlı icra başçısı Adil Vəliyevə zəng edib şəxsən onun özündən məsələlərə münasibət öyrənmək istədikdə, mobil telefona RİH-i başçısının köməkçisi Mahmudov Müslüm Əziz oğlu cavab verir. Elə ki, Müslüm müəllim zəng edən şəxsin KİV nümayəndəsi olduğunu bilir, o halda o, “Başımız çox qarışıqdır, siz başçı ilə danışa bilməzsiniz” cavabını verir. Bu olduqca düşündürücü və diqqəti cəlbedən yanaşma olur. Sual oluna bilər ki, bəyəm, media nümayəndəsi olan kəs Azərbaycan Respublikasının vətəndaşı deyilmi? Yaxud da həmin şəxsin icra başçısı Adil Vəliyevə zəng etməsi, onunla mobil telefonla danışması hansı qanunla qadağan olunur? Bu nə yanaşmadır?  Elə ki, Müslüm Mahmudova, sizin yanaşmanız onu söyləməyə əsas verir ki, demək biz bir vətəndaş olaraq Adil Vəliyevlə telefonla danışa bilmərik dedikdə o, “Axı, siz vətəndaş kimi, siz jurnalistsiniz” cavabını verdi. Bu cür yanaşma hər kəsdə belə bir fikirin formalaşmasına əsas verir ki, deməli Sabunçu RİH-i başçısının köməkçisi Müslüm Mahmudov, hələ də jurnalistin vətəndaş olduğunu ayırıd edə bilmir. Bu da onu göstərir ki, belə bir göstəriciləri özündə cəmləşdirən şəxslərin həm yanaşmaları, həm də idarəçilikləri bu cür olur. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.

Paşinyan erməni əsgərləri ora ölümə göndərir - BUNUN BAŞQA ADI YOXDUR...
Paşinyan erməni əsgərləri ora ölümə göndərir - BUNUN BAŞQA ADI YOXDUR...
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır
Qərb Paşinyana “Nobel” sülh mükafatı vəd edib? - Bakı bu komfortu ona yaşatmaz...
Qərb Paşinyana “Nobel” sülh mükafatı vəd edib? - Bakı bu komfortu ona yaşatmaz...
Rusiya-NATO müharibəsinin qarşısı alınmalıdır - Avropa narahatdır
Rusiya-NATO müharibəsinin qarşısı alınmalıdır - Avropa narahatdır
Hərbçilərin ehtiyata buraxılması ilə bağlı yeni qayda müəyyənləşir
Hərbçilərin ehtiyata buraxılması ilə bağlı yeni qayda müəyyənləşir
Hərbçilərin xidmət etdikləri son yaş həddi dəyişir
Hərbçilərin xidmət etdikləri son yaş həddi dəyişir
Azərbaycanda kredit faizləri artacaq, manat isə... - AÇIQLAMA
Azərbaycanda kredit faizləri artacaq, manat isə... - AÇIQLAMA
Gələn il hansı məhsullar bahalaşa bilər?
Gələn il hansı məhsullar bahalaşa bilər?