kanal1

Abşerondakı “Hermes” hotel gənclərimizin gələcəyinə qənim kəsilib - İLGİNC FAKTLAR

Tarix:4-11-2023, 11:26
Baxış Sayı:283 296



Abşeron rayonu ərazisində, hansı ki, çoxsaylı sakinlərin yaşadıqları yaşayış massivində fəaliyyət göstərən və  “Hermes” hotel adı ilə tanınan obyektin qanunsuzluğa söykənən fəaliyyəti haqda, indiyə kimi bir çox media qurumlarında tənqidi məqalələr yayımlanıb. Yəqin ki, bu haqda çoxsaylı oxucularımız da məlumatlıdırlar. Adı çəkilən bu obyektin fəaliyyəti ilə bağlı məlumatları redaksiyamıza çatdıran mənbə isə bildirir ki, “Hermes” hotelin təhlükəsiz-qorxusuz fəaliyyət göstərməsinə əsas səbəb, obyektin əsl sahibinin yüksək çinli vəzifə sahibi olmasıdır”. Baxmayaraq ki, hal-hazırda bu əxlaqsızlıq ünvanını başqa bir şəxs işlədir, amma onu dərk etmək lazımdır ki, adı çəkilən obyektin arxasında “vuran əl” durduğundan obyekti işlədən şəxs hər cür təhlükələrdən sovuşa bilir. Düzdür, bu gün Abşeron rayonu ərazisində neçə-neçə əxlaqsızlıq ünvanları olsa da, onların  içərisində “Hermes”in adı daha cəlbedicidir, daha məşhurdur. Çünki, bu ünvanda gün ərzində xeyli sayda “müştəri”lər qəbul olunur və hər gün də burada xalqımıza məxsus əxlaqımız, milli-mənəvi dəyərlərimiz bilərəkdən tapdaqlar altına atılır. Bütün bunların kökündə, “Hermes” hoteldə yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarının  həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Usandırıcı hal odur ki, “Hermes” adı ilə məşhur olan bu obyekt sadə sakinlərin məskunlaşdıqları, həmçinin ali təhsil ocağının olduğu əraziyə yaxın yerdə fəaliyyət göstərir. Bu da  ərazidə yaşayan sakinlərin haqlı narazılığına səbəb olmaqdadır. Bu günə kimi neçə-neçə sakinlər redaksiyamızla əlaqə saxlayıb, “Hermes” hoteldə yaşananlara kəskin etirazlarını bildirmişlər və obyekt rəhbərliyinin əxlaqımızı, milli-mənəvi dəyərlərimizi tapdaqlar altına atdıqlarını vurğulamışlar. Sakinlər  ifadə etdikləri narazılıqlarında onu da qeyd edirlər ki, “Bu obyektə sahiblik edən şəxsləri xalqımıza məxsus problemlər, ümumi yaşam tərzi, gənclərin əyri yollara düşmələri, minbir keçici xəstəliyin yayılması və s. kimi məsələlər deyil, məhz gündəlik daha çox var-dövlət əldə etmək istəyi düşündürür. Hal-hazırda adı çəkilən bu obyektin əxlaqsızlıq ünvanı olaraq fəaliyyət göstərməsi, ərazidə yaşayan sakinləri daha çox narahat edir. Çünki, bu obyektə üz tutan, yaxud da ora gətirilən “xanımlar”ın sayı gündəlik çoxalır, baş verən iyrəncliklərin əhatə dairəsi artmaqda davam edir. Yəni, hər gün axşam saatlarında “Hermes” hoteldə alan kim, satan kim! Bax budur “Hermes”də yaşanan ab-hava, qol qoyulan əməllər!

       Onu da qeyd edək ki, bu hotel olduqca böyük bir ərazini əhatə edir və ilk baxışdan sanki böyük bir istehsal müəssisəsinin olmasından xəbər verir. Çünki, adicə “Hermes” hotelin elə bir görkəmdə giriş qapısı var ki, ilk dəfə bu ünvana üz tutan şəxs həmin qapını gördükdən sonra, bəlkə də şoka düşər. Hələ bunlar harasıdır? “Hermes”in içərisinə daxil olub obyektin divarlarına, otaqlarına, düzülüb-qoşulan bəzək-düzəklərə diqqət yetirdikdə, bəlkə də düşüncələrdə bu obyektin “Xan Sarayı” olması qənaəti də formalaşa bilər. Ümumiyyətlə, “Hermes” hotel Abşeron rayonu ərazisində ən “prestijnı” əxlaqsızlıq ünvanı hesab olunur. Çünki, bu hotelin həyətinə hər dəqiqə ərzində bahalı avtomobillərdən biri girir, digəri çıxır. Yayılan söz-söhbətlərə görə, bu obyektdə otaqların qiyməti 100 (yüz ) manatdan başlayır və həmin otaqlarda yaş həddindən asılı olmayaraq qadınlar həm cinsi istismara, həm də cinsi zoraklığa məruz qalırlar.

     Diqqəti cəlb edən hal ondan ibarətdir ki, bu gün ölkə rəhbərimizi, bir çox vəzifə sahiblərini xalqımızın, dövlətimizin taleyi, ölkə iqtisadiyyatını necə inkişaf etdirmək, daha hansı uğurları əldə etmək və s. kimi məsələ və problemlərin həlli düşündürsə də, “Hermes” hotelin rəhbərliyini isə, məhz hansı sayda qadını cinsi istismara, cinsi zoraklığa məruz qoymağın yolları düşündürür. Bax, əsl faciə, əsl iyrənc halın varlığı budur!. Qeyd edək ki, bu ünvana üz tutan cütlüklərdən nigahda olub-olmadıqları soruşulmur, “müştərilər”ə göstərilən xidmətin müqabilində ödəniş qəbzi verilmir, işçilərlə rəhbərlik arasında əmək müqaviləsi bağlanmır, bu obyektdə çalışan işçilərin sağlamlıq durumlarının müəyyən olunması haqda həkim arayışı olmur və s.

     Qeyd edək ki, 22 iyul 2020-ci il tarixdə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün “Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanıb. Həmin Sərəncamda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət qurumlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması, Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi, Daxili İşlər Nazirliyinin həmin Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirləri aidiyyəti dövlət qurumları ilə birlikdə həyata keçirməsi, ələlxüsus nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi xüsusi qeyd olunub. Qarşıya belə bir ciddi tələblər qoyulsa da, baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, bu gün də Abşeron RPŞ-nin əməkdaşları bu əxlaqsızlıq ünvanında yaşananlarla bağlı ölkə rəhbərinin imzaladığı “Milli Fəaliyyət Planı”na məhəl qoymurlar.

    P.S. Hörmətli oxucular! Yaxın günlərdə bu əxlaqsızlıq ünvanında yaşanan hoqqalar, baş verən tükürpədici olaylar, qol qoyulan çoxsaylı qanunsuzluqlar və s. haqda yazımızı geniş ictimaiyyətin diqqətinə çatdırmağa çalışacağıq. Bizi izləməyi unutmayın.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO