kanal1

Goranboydakı 1 saylı tam orta məktəb “ailə ansamblı”na çevrilib - İTTİHAM

Tarix:13-11-2023, 12:01
Baxış Sayı:53 572


 Yəqin ki, tam əksəriyyət o haqda məlumata malikdir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən bəzi təhsil müəssisələrində, ələlxüsus Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Goranboy şəhər 1 saylı tam orta məktəbində yaşanan biabırçılıqların, hər cür anarxiyanın və s. varlığı uzun müddətdir ki, dillər əzbərinə çevrilmişdir. Baxmayaraq ki, indiyə kimi respublikamızda təhsil sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə əsaslı islahat proqramları həyata keçirilmiş və bir çox yeniliklər də əldə olunmuşdur. Bu yöndə atılan addımların varlığına  baxmayaraq, hələ də Goranboy şəhər 1 saylı tam orta məktəbdə yaşanan problemlərin həddi-hüdudu bilinmir. Qeyd edək ki, rəhbərlik tərəfindən tənzimləmə, idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsi səbəbindən, adı çəkilən bu təhsil ocağında hələ də anarxiya, xaos hökm sürməkdədir. Bir sözlə, Goranboy şəhər 1 saylı tam orta məktəbində direktor vəzifəsini daşıyan Səidə xanımı təhsilin inkişafı, yaxud da bu sahəyə aid problemlərin həlli deyil, birbaşa inhisarçılıq, talançılıq və s. düşündürməkdədir. Hətta, bu təhsil ocağında elə bir hoqqalar baş verir ki, sanki yaşananları məşhur filmlərdə oynanılan rollarla eyniləşdirmək olar.
    Atvxeber.az xəbər portalının redaksiyasına daxil olan səhih məlumatlara görə, 1 saylı tam orta məktəbə rəhbərlik edən Səidə xanım, xeyli müddətdir ki, bu təhsil müəssisəsini “ailə ansamblı”na çevirib. Məsələn, yayılan məlumatlarda vurğulanır ki, xanım direktor bir neçə qohum-əqrəbasını bu məktəbdə işə götürüb. Amma, burada bəzi “əmmalar” və bəzi “müəmmalar” da var. Yəni, iddia olunur ki, Səidə xanım öz yaxını, hansı ki, diplomunun saxta olduğu söylənilən Gulnar xanımı sinif müəlliməsi, onun həyat yoldaşını isə gözətçi vəzifəsinə işə götürüb. Düzdür, Gulnar xanımın həyat yoldaşı gözətçi ştatı üzrə işə düzəlsə də, onun heç bir halda işdə olmadığı bildirilir. Goranboy rayonu ərazisində dolaşan başqa bir söz-söhbətlərə görə, Səidə xanımın rəhbərlik etdiyi təhsil müəssisəsində “fironluq” etməsinin əsas bir səbəbi var, o da adı çəkilən bu xanım direktora RİH başçısının 1-ci müavini cənab Nazarov Seymur Fazil oğlunun “arxa-dayaq” olmasıdır. Daxil olan məlumatların birində isə vurğulanır ki, Səidə xanımın əksəriyyəti şoka sala biləcək “riskli addımlar” atmasına əsas səbəb, onun bacısı uşaqlarına daha çox canıyananlıq etməsidir. Bəli, bunu təbii hal kimi də qəbul etmək olar. Amma, burada müəyyən nüanslar da var. Yəni, Səidə xanım daşıdığı vəzifəsindən sui-istifadə edir və  rəhbərlik etdiyi təhsil ocağında idarəçiliyi öz düşüncə tərzinə uyğun həyata keçirir. Belə bir səbəbdən də, tam əksəriyyət Goranboy şəhər 1 saylı tam orta məktəbini əksər göstəricilərinə görə “ailə ansamblı” olan təhsil ocağı da hesab edirlər.  Faktdır ki, bu kimi halların varlığı səbəbindən Səidə xanımın atdığı addımlar “Təhsil haqqında Qanun”la ziddiyyət təşkil edir.

    Təəssüf doğuran hal odur ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun rəhbərliyi bu təhsil ocağında baş verənlərdən az-çox xəbərdar olsa da, hələ də Səidə xanıma bir kimsə “Qaşın üstə qara var” deyə bilmir. Səbəb? Çatdırılan məlumatlara görə, 1 saylı tam orta  məktəbdə fond pulu adı altında toplanan pullar da rəhbərlik tərəfindən “həzmi-rabedən” keçirilir, müəllimlər dərs bölgüsü zamanı elə bir hoqqalarla üz-üzə qalırlar ki, baş verənləri eşidib bilən hər kəs şoka deyil, sanki “şökə” düşməli olur. Direktorun texniki işçilərin əmək haqlarına “əl gəzdirməsi” məsələsi də, məhz ayrıca bir söhbətin mövzusudur. 

   Yəqin ki, yaxın vaxtlarda Goranboy şəhər 1 saylı tam orta məktəbinə rəhbərlik edən Səidə xanımın qol əməllərlə bağlı Nazirlik tərəfindən lazımi tədbirlər görüləcək. Əgər bu yöndə lazımi addımlar atılmazsa,  o halda bu təhsil ocağında baş verən qanunsuzluqlar həm “əndazə”ni aşacaq, həm də sərhəd-filan tanımayacaq. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mövzu diqqətimizdədir.

Paşinyan erməni əsgərləri ora ölümə göndərir - BUNUN BAŞQA ADI YOXDUR...
Paşinyan erməni əsgərləri ora ölümə göndərir - BUNUN BAŞQA ADI YOXDUR...
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır
Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır
Qərb Paşinyana “Nobel” sülh mükafatı vəd edib? - Bakı bu komfortu ona yaşatmaz...
Qərb Paşinyana “Nobel” sülh mükafatı vəd edib? - Bakı bu komfortu ona yaşatmaz...
Rusiya-NATO müharibəsinin qarşısı alınmalıdır - Avropa narahatdır
Rusiya-NATO müharibəsinin qarşısı alınmalıdır - Avropa narahatdır
Hərbçilərin ehtiyata buraxılması ilə bağlı yeni qayda müəyyənləşir
Hərbçilərin ehtiyata buraxılması ilə bağlı yeni qayda müəyyənləşir
Hərbçilərin xidmət etdikləri son yaş həddi dəyişir
Hərbçilərin xidmət etdikləri son yaş həddi dəyişir
Azərbaycanda kredit faizləri artacaq, manat isə... - AÇIQLAMA
Azərbaycanda kredit faizləri artacaq, manat isə... - AÇIQLAMA
Gələn il hansı məhsullar bahalaşa bilər?
Gələn il hansı məhsullar bahalaşa bilər?