kanal1

Adnan Əhmədzadənin "Rahat market"-i borc içində üzür - ARAŞDIRMA

Tarix:23-09-2023, 11:41
Baxış Sayı:91 282

Adnan Əhmədzadənin "Rahat market"-i borc içində üzür - ARAŞDIRMA

“Rahat Market”i idarə edən şirkətin borcları 40% artıb.

AZINFORM.AZ xəbər verir ki, “Rahat” supermarketlər şəbəkəsi və “Port Baku Bazar” marketin daxil olduğu "ANC GROUP" MMC-nin açıqladığı maliyyə hesabatlarına əsasən  2022-ci ildə "ANC GROUP"un xalis mənfəəti 2021-ci illə müqayisədə 13.8% artaraq 384 min 77 manat təşkil edib. 2021-ci ildə şirkət 337 min 524 manat xalis mənfəət əldə etmişdi.


Eyni dövrdə şirkətin ümumi və inzibati xərcləri 34.5% artaraq 34 milyon 192.3 min manata bərabər olub. Beləliklə şirkət 384 min 77 manat əməliyyat mənfəəti əldə edib.

2022-ci ildə "ANC GROUP" MMC-nin cəmi aktivləri 2021-ci illə müqayisədə 26.7% və ya 21 milyon 183 min manat artaraq 100 milyon 469.9 min manata yüksəlib. Şirkətin kreditor borcları 39,9% və ya 15 milyon 218.8 min manat artaraq 53 milyon 372.6 min manata bərabər olub. Bu dövrdə "ANC GROUP" MMC-nin cəmi öhdəlikləridə 31.3% artaraq 81 milyon 356.6 min manat olub.

Nizamnamə kapitalı 7 milyon 83 min manat olan "ANC GROUP" MMC-nin səhmlərinin 10%-Babakişiyev Cəlal Rasim oğluna, 90%-i isə ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD-yə məxsusdur. 



ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD şirkətinin təsisçisi və sədri mətbuatda "Neft oğru"su kimi məşhurlaşan Adnan Azəri oğlu Əhmədzadədir.  Təxminən 10 milyon manatlıq avtomobil kolleksiyası olan Adnan Əhmədzadə həm də İngiltərədə milyonluq "party"lərin təşkilinə pullar tökən qeyri-rəsmi iş adamıdır.  Adnan Əhmədzadə Azərbaycanda bir neçə marketlər şəbəkəsinin sahibidir. Bunlardan bizə məlum olanları "Bolmart", "Rahat Market", “Port Baku Bazar” market şəbəkələridir. 



DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi