kanal1

“Ağ Çiçəyim” mağazalar şəbəkəsi soyğunçuluqla məşğul olur

Tarix:14-03-2022, 13:51
Baxış Sayı:311 463




Uzun illərdir ki, şəhərimizin müxtəlif ünvanlarında “Ağ Çiçəyim” adı ilə tanınan gül mağazaları fəaliyyət göstərir və hər kəsin düşüncəsində belə bir fikir də formalaşıb ki, “Ağ” və “Çiçəyim” söz birləşmələrindən əmələ gələn bu mağazalar şəbəkəsi, şəhər sakinlərinə nümunəvi xidmət göstərirlər. Görəsən həqiqətdə bu belədirmi, yoxsa bu cür təbliğatın təbliği gözə kül üfürməkdən başqa bir şey deyil? Bu yöndə apardığımız araşdırmalar zamanı bəlli oldu ki, “Ağ Çiçəyim” mağazalar şəbəkəsinin şəhər sakinlərinə nümunəvi xidmət göstərmələri yöndə təbliğ olunanlar, əslində cəfəngiyyatdan, boş-boş illüziyalardan başqa bir şey deyil. Diqqət yetirək ki, ümimi görkəmi hər kəsin nəzər-diqqətini özünə cəlb edən “Ağ Çiçəyim”in şəhər əhalisini necə aldatması, bəlkə də çoxlarına məlum deyil. Düzdür, bu mağazalar şəbəkəsinin ümumi görünüşündə müəyyən qədər cəlbedicilik olsa da, əslində satışı həyata keçirən güllərin heç biri “Ağ Çiçəyim”in adı ilə uzlaşmır. Bu da hər kəsdə təəccüb doğuran halların varlığıdır. Məsələn, bir neçə gün bundan öncə şəhərimizin “Nəsimi bazarı”nın yaxınlığındaki gül mağazasından gül dəsti alan Nərgiz xanıma yaxınlaşıb soruşduq ki, göstərilən xidmət qanedicidirmi? Həmin vaxt adı çəkilən bu xanım heç də fikirləşmədən “Vallah bu “Ağ Çiçəyim”i elə bir formada reklam edirlər ki, bu mağazaları işlədənlərin əməllərindən doğru– dürüst baş çıxarmaq mümkün olmur. Yəni, “Ağ Çiçəyim”in mağazalarında güllər satış qiymətindən dəfələrlə baha satılır, həyata keçirilən alış-verişin müqabilində bir kisəyə ödəniş qəbzi verilmir. Bu da onu sübut edir ki, “Ağ Çiçəyim” mağazalar şəbəkəsində vergidən yayınma halları baş verir və bu da, sanki adi məişət məsələlərindən biridir. Elə hallar da olur ki, solmuş gülləri satışı həyata keçirilən gül dəstlərinin ortasına yerləşdirib alıcılara “sırıyırlar”. Bu da birbaşa haramçılıqdır. Baxmayaraq ki, bu mağazalar şəbəkəsinə “Hacı” titulunu özünə “pərçim edən” bir şəxs rəhbərlik edir. Amma, onun əməllərini təhlil etdikdə məlum olur ki, “Hacı” titulunu özünə “pərçim edən” bir şəxsin əməllərində hacılıqdan heç bir əsər-əlamət yoxdur. Diqqət yetirək ki, “Ağ Çiçəyim” mağazalar şəbəkəsini idarə edən “Hacı”nı hansı şəxsin kasıb, yaxud da imkanlı olması, yaxud da müharibə iştirakçısı, qazi və şəhid ailəsinin üzvü olması və s, heç də düşündürmür. Məsələn, elə ki, bir-iki gün bundan öncə “Hacı” titulunu özünə “pərçim edən” bu şəxsə şəhid ailəsinin üzvünə bir dəst gül lazımdır deyə xahişimizi çatdırdıq, o halda o, “Bizim şəhid ailəsinə verəcəyimiz gül yoxdur” dedikdə şoka deyil, birbaşa “şökə düşməli” olduq. Həmin an dərk edib başa düşdük ki, bu şəxsi ümumi dərdimiz-sərimiz deyil, yalnız və yalnız əldə edəcəyi gəlirlər düşündürür. Deməli, ...

   Odur ki, belə bir halların varlığı hər kəsi ayıq-sayıq olmağa məcbur etməlidir. Çünki, “Ağ Çiçəyim” deyib “ağ əməllər”lə məşğul olmayan bu mağazalar şəbəkəsinin başında duranlar, açıq – aydın insanları soymaqla məşğul olurlar. O halda ortaya belə bir sual çıxır ki, görəsən “Ağ Çiçəyim”in bəzi televiziya kanallarında reklam olunması ilə, qol qoyulan əməllər birbiri ilə nə dərəcədə uzlaşır? Yaxud da, uzlaşırmı? Düşündürücü hal odur ki, görəsən bu cür reklamları həyata keçirənlər, “Ağ Çiçəyim” mağazalar şəbəkəsini idarə edənlərin əməllərindən xəbərdar deyillərmi ki, onlar belə bir reklamları verməklə hər kəsin gözünə “kül üfürür”lər? Ona görə də hər kəsə tövsiyyə edərdik ki, bu mağazalar şəbəkəsi ilə bağlı hansısa addımı atarkən, yüz ölçüb bir biçmək gərəkdir. Qarşı tərəfi də dinləyə bilərik.

Mövzuya qayıdacağıq.

Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Pirallahıda Kommunal Xidmətlər Fasiləsiz İş Rejimi ilə Yağış Fəsadlarının Qarşısını Alır
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanovda Peşəkarlıq və Əzmkarlıq - Yağış Fəsadlarına Qarşı Mübarizədə Mənzil-Kommunal Təsərrüfatının Əhəmiyyətli Rolu
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır FOTO
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
Azərbaycan Qida Sənayesinin Etibarlı Nümunəsi - “Ovçular ət və ət məhsulları” MMC
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
“Şəmkir Cümə Məscidinin Axundu - Xeyriyyəçi, Dini Rəhbər və Cəmiyyətin Mənəvi Dayanağı”
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda