kanal1

Nəsimi rayonunda tikinti mübahisəsi: Şikayətlərə cavab verilmir – FOTO

Tarix:9-07-2025, 22:14
Baxış Sayı:51 795



Paytaxtın Nəsimi rayonunda aparılan qanunsuz tikinti səkinin zəbt edilməsinə səbəb olub. Normativ tikinti qaydalarına zidd olaraq binanın zirzəmisi qazılaraq həmin yerdə qanunsuz tikinti işlərinin aparılmasına Nəsimi rayon İcra Hakimiyyəti gizli anlaşmaya vararaq hadisəyə göz yummaqla kifayətləndiyi bildirilir.
NOCOMMENT.az xəbər verir ki, Nəsimi rayonunda növbəti qanunsuz tikinti hadisəsi Mirmahmud Kazımovski küçəsindəki iki mərtəbəli qanunsuz obyektin tikintisinə icazə verilməsidir.
Rayonda qanunsuz tikintilərə “yaşıl işıq” yandıran dövlət qurumu Nəsimi rayon İcra Hakimiyyətidir – deyən sakinlər rayonda qanunsuz tikintilərin aparılması barədə zaman-zaman şikayətçi olsalar da, baxan olmadığını bildirirlər. İlginc məqam budur ki, ən ucqar ərazilərdə – yaşayış məntəqələrində aparılan hər hansı tikinti işindən anında xəbər tutaraq, hərəkətə keçən müvafiq strukturlar və RİH Nəsimi rayonunda aparılan qanunsuz tikinti işlərinə nədənsə müdaxilə etmirlər. Çünki, başqa qanunsuz tikililər kimi Mirmahmud Kazımovski küçəsində iki mərtəbəli qanunsuz obyektin tikintisinə icazə verilməsi də yüksək vəzifəli məmurun himayə etdiyi tikintilərdən biridir. Dəfələrlə aidiyyatı orqanlara müraciət etdiklərini, lakin heç bir qurum ciddi reaksiya vermədiyini və ərazidə olan yaş ağacların kəsildiyini, yaşayış binalarının arasında olan kiçik həyətlər sahibkar tərəfindən zəbt edildiyi də sakinlərin iddialarında deyilir. “Nə şikayətimizə baxan var, nə də sözümüzü dinləyən” – deyən sakinlər başçısız qalan rayonda kimdən kömək istəyəcəklərini bilmədiklərini də bildirir.





Sosial platformada və mətbuatda mütəmadi Nəsimi rayonu ərazisində qanunsuz obyektlərin tikintisi ilə bağlı yazılar dərc olunur. Lakin belə məsələlərə aidiyyatı qurumlar heç bir lazımi tədbir görmür. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi məlumat bazasında Nəsimi rayonu M. Kazımovski küçəsində hər hansı bir tikinti barədə rəsmi qeyd və məlumat göstərilməyib. Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti məsuliyyətdən yaxasını qurtarmağa çalışır, həmçinin qanunsuz tikinti ilə bağlı Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi də məsələ ilə bağlı açıqlama vermək niyyətində olmadığını nümayiş etdirir.

Bildirək ki, Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavinlərindən biri Zahid Xəlilovdur. Bu məmur zəhmətsiz gəlirlərin əsas mənbəyi olan tikintiyə nəzarət sahəsini ələ keçirən güclərdən biridir. Xəlilovun bu işdə ən yaxın silahdaşı RİH-nin memarı Ələsgər Rüstəmovdur. Əslində onların qeyd olunan müstəvidə işləri, iş görməməkdən, daha doğrusu, qanunsuz tikililəri aparan şəxslərə “səni görmüşük, sən də bizi gör” deməkdən və qanunsuzluqlara göz yummaqdan ibarət olduğu deyilir. Kainat.tv

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi