kanal1

Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Sahibkara zülm edir - Məhsul yanmaqdadır, amma müdaxilə yoxdur

Tarix:22-07-2025, 11:40
Baxış Sayı:71 337



Atvxeber.az bakunews.az-a istinadən bildirir ki, Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Fərid Əyyubovun laqeydliyi nəticəsində sahibkarın məhsulu bu günlərdə yanmaqdadır. Sahibkar bildirir ki, dəfələrlə müraciət etməsinə baxmayaraq, əkin sahəsinə su verilmir. Rəisin əsaslandırması isə “yerin uzaqlığı” ilə bağlıdır. Amma bu yanaşma, fermerlər arasında ayrı-seçkiliyə səbəb olmaqla, dövlətin kənd təsərrüfatında bərabər dəstək prinsipinə ziddir.

Sahibkar qeyd edir:



“Fərid müəllim mənə deyir ki, yerin uzaqdır, ora su vermək çətindir. Amma yaxın ərazilərə fasiləsiz su verilir. Bu, nə ədalətdir, nə də dövlət siyasətinə uyğun hərəkətdir.”

Hazırda sahədə vəziyyət kritikdir – məhsul yanmaqdadır, yəni sahələr susuzluqdan məhv olur, lakin idarə tərəfindən hər hansı müdaxilə edilmir. Fermer bildirir ki, bu yanaşma onun mövsümi zəhmətini və böyük maliyyə vəsaitini havaya sovurmaq deməkdir.

Qeyd edək ki, dövlət rəhbərliyi dəfələrlə aqrar sahədə bərabərlik və sahibkarlığın müdafiəsi prinsipini vurğulayıb. Bu cür hallarda vəzifəli şəxslərin selektiv yanaşması və qeyri-obyektiv qərarları sadəcə bir sahibkarı deyil, ümumi iqtisadi etimadı da sarsıdır.

Aidiyyəti qurumlardan məsələyə operativ və obyektiv yanaşmaları, məsul şəxsin isə cavab verməsi tələb olunur. Məhsul hələ də xilas oluna bilər – əgər vaxtında su verilərsə.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi