kanal1

Bakının bu ərazisində evlər sökülür

Tarix:24-09-2025, 12:49
Baxış Sayı:82 242


Bakıda daha bir ərazidə fərdi yaşayış evlərinin sökülməsi ilə bağlı hazırlıq işlərinə start verilib.

    
Qaynarinfo Baku.ws-ə istinadən xəbər verir ki, bu dəfə söküntü Nərimanov rayonunun PY UA 38/10 ünvanında – Dərnəgül bazarının arxasında yerləşən fərdi yaşayış evlərini əhatə edəcək.

    
Küçə boyunca evlərdə ölçü götürülüb, hətta divarlara işarələr də qoyulub. Əraziyə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşlarının gəldiyi bildirilir. Hazırda layihə ilə bağlı rəsmi açıqlama verilməsə də, sakinlər arasında evlərin yaxın vaxtlarda söküləcəyi barədə məlumat dolaşır.

    

Qeyd edək ki, paytaxtda qəzalı və istismar müddəti bitmiş evlərin söküntüsü təhlükəsizliyin təmin olunması və müasir şəhərsalma tələblərinin yerinə yetirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

    
Məlumat üçün bildirək ki, Baş nazir Əli Əsədov Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupun yaradılması barədə sərəncam imzalayıb.

    
Eyni zamanda ilkin olaraq Bakı şəhərinin Böyükşor gölü ətrafında, Heydər Əliyev və Ziya Bünyadov prospektləri arasında yerləşən ərazilərinin, Heydər Əliyev adına Neft Emalı Zavodu ətrafında olan ərazilərinin dövlət-özəl tərəfdaşlığı modeli çərçivəsində razılaşdırılmış konseptual layihələr əsasında yenidən qurulmasının həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaradılmasını, həmin layihələr üzrə investisiya müqavilələrinin şərtlərinin razılaşdırılmasını və digər zəruri tədbirlərin görülməsini təmin etmək də İşçi qrupuna həvalə edilib. Dərnəgül bazarının da məhz bu proses çərçivəsində söküləcəyi bildirilib.

    
Qeyd edək ki, bir müddət əvvəl Dərnəgül tikinti bazarının sökülkəcəyi, bazarda fəaliyyət göstərən sahibkarların "Abşeron” Ticarət Mərkəzinə köçürüləcəyi bildirilirdi.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi