kanal1

Kamran Əliyev Laosun baş prokuroru ilə görüşdü

Tarix:24-09-2025, 12:51
Baxış Sayı:82 722


Laos Ali Xalq Prokurorluğunun baş prokuroru Saysana Kotputanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
“Qafqazinfo” xəbər verir ki, baş prokuror Kamran Əliyev Saysana Kotputanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Baş prokuror görüşdə ölkələrimiz arasında Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zaman, yəni 1995-ci ildən diplomatik əlaqələrin qurulmasını, həmin vaxtdan etibarən iki ölkə arasında siyasi, iqtisadi-ticarət və mədəni əlaqələrin müvəffəqiyyətlə davam etdirilməsini, hazırda da dövlət başçılarımız arasındakı yaxşı münasibətlərin olmasını və bunun qarşılıqlı əlaqələrin bütün sahələrinə özünün müsbət təsirini göstərməsini vurğulayıb.
Ötən ilin sentyabr ayında Şərq İqtisadi Forumu çərçivəsində Laoslu həmkarı ilə aralarında keçirilmiş ikitərəfli görüşü xatırladan Baş prokuror həmin görüşdə müzakirə edilmiş əməkdaşlıq perspektivlərinin prokurorluqlarımız arasında əlaqələrin inkişafına müsbət təsirini qeyd edib.
Bundan başqa görüşdə Azərbaycanda həyata keçirilən hüquq islahatları, o cümlədən prokurorluq orqanlarının fəaliyyətində operativlik və hesabatlılığın artırılması məqsədilə tətbiq olunan Elektron Prokurorluq İnformasiya Sistemi (EPIS) barədə məlumat verilib.
Saysana Kotputan çıxışında səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək təmsil etdiyi qurumun Azərbaycanın prokurorluq orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, səfərin əlaqələrin gələcəkdə də inkişaf etidirilməsi, eyni zamanda ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün faydalı olacağını qeyd edib.
Tərəflər həmçinin Azərbaycan Prokurorluğunun beynəlxalq və regional təşkilatlarla, habelə digər ölkələrin prokurorluq və hüquq-mühafizə orqanları ilə səmərəli əməkdaşlığına toxunaraq hüquqi dialoqun intensivləşdirilməsi, təcrübə mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsi, cinayətkarlıqla mübarizə sahəsində tərəfləri maraqlandıran bir sıra digər məsələləri müzakirə ediblər.
Sonda Azərbaycan Baş Prokurorluğu və Laos Ali Xalq Prokurorluğu arasında Anlaşma Memorandumu imzalanıb.
Qonaqlar həmçinin Baş Prokurorluğun Tarix Muzeyi ilə tanış olub, onlara prokurorluğun fəaliyyəti ilə bağlı eksponatlar barədə ətraflı məlumat verilib.
                                                                                                  
                                                                                                      
                                                    
                                                    
                                                    

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi