kanal1

Lənkəranda məktəbin direktor müavininin şagirdi və xadiməni döyməsi üzrə qərar qəbul edilib

Tarix:24-09-2025, 12:52
Baxış Sayı:65 425


Lənkəran rayonunun Zövlə kəndində məktəb direktorunun müavininin səlahiyyət çərçivəsini aşması ilə bağlı araşdırma aparılıb.
 Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, tərəflərin cari il martın 14-də daxil olmuş müraciətləri əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılıb.
 "Müvafiq ekspertizalar təyin edilib və digər prosessual hərəkətlər həyata keçirilib. Araşdırmanın nəticəsinə uyğun olaraq, müvafiq qərar qəbul edilib. Prosessual qanuna əsasən, ekspertiza rəyi və tərəflər arasında barışığın olması səbəbindən cinayət işinin başlanması rədd edilib", - deyə məlumatda bildirilir.
 
 Lənkəran rayonunun Zövlə kəndində məktəb direktorunun müavini səlahiyyət çərçivəsini aşıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
 Qeyd olunub ki, direktor müavini şagirdə və xadiməyə əl qaldırıb.
   Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, 11 mart 2025-ci il tarixində Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqov tərəfindən şagirdə və xadiməyə fiziki zorakılıq davranışı iddiası əsasında qurum tərəfindən araşdırma aparılıb.
 "Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, 17 aprel 2025-ci il tarixində məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqovla bağlanmış əmək müqaviləsinə xitam verilib.
 Qeyd edək ki, təhsilverənlərin etik davranış qaydalarına əməl etməsi, eyni zamanda, şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür", - deyə məlumatda bildirilir.
 Əzizə İsmayılova

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi