kanal1

İlham Əliyev qəbul keçirdi - FOTOLAR

Tarix:5-11-2025, 10:45
Baxış Sayı:16 830

İlham Əliyev qəbul keçirdi - FOTOLAR



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərindən ibarət nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir, OPEC Fondunun prezidenti Əbdülhəmid Əl-Xəlifə, Əbu-Dabi İnkişaf Fondunun Baş direktoru, Əbu-Dabi İxracat Ofisinin (ADEX) İcraiyyə Komitəsinin sədri Məhəmməd Saif Əl-Süveydi, Səudiyyə İnkişaf Fondunun Baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşad və Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun Baş direktoru vəzifəsini icra edən Valed Əl-Bahar daxildir.

Dövlətimizin başçısı Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların xüsusilə indiki dövrdə - Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-tikinti işləri apardığı zaman ölkəmizdə sosial infrastrukturun inkişafı ilə bağlı layihələrə dəstək vermək niyyətini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev vurğuladı ki, bütün bunlar qonaqların təmsil etdikləri maliyyə institutları və ölkələrin xalqları ilə qardaşlıq, dostluq münasibətlərimizi genişləndirir.

Azərbaycanda əsas infrastruktur layihələrinin artıq tamamlandığını deyən dövlətimizin başçısı su, nəqliyyat və digər sahələr üzrə dövlət proqramlarının icra edildiyini və gələcəkdə də müxtəlif istiqamətlər üzrə dövlət proqramlarının qəbul olunacağını vurğuladı.

Görüşə görə nümayəndə heyətinin adından dövlətimizin başçısına təşəkkür edən İslam İnkişaf Bankı qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir işğaldan azad edilmiş Qarabağda, Şuşada olmaqdan məmnunluğunu bildirdi, orada aparılan işlərin dərin təəssürat hissi doğurduğunu dedi.

Söhbət zamanı Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında uğurlu və səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı, ölkəmizdə yaradılan əlverişli investisiya və biznes mühitinə toxunuldu, əməkdaşlığın perspektivləri müzakirə edildi. Azərbaycanla Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumlar arasında birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Bu dəfə işi bir həftəyə bitirəcəyik - Tramp İranı müdrikliyə çağırdı
Bu dəfə işi bir həftəyə bitirəcəyik - Tramp İranı müdrikliyə çağırdı
“UNITED24Media”nın Azərbaycanla bağlı təxribatı ifşa edildi
“UNITED24Media”nın Azərbaycanla bağlı təxribatı ifşa edildi
İsmayıllı meşələrində ƏMƏLİYYAT - VİDEO
İsmayıllı meşələrində ƏMƏLİYYAT - VİDEO
“BYD” qəza törətdi - Piyada öldü
“BYD” qəza törətdi - Piyada öldü
“TikTok”da söyüş söyən şəxs həbs edildi
“TikTok”da söyüş söyən şəxs həbs edildi
Avropa ölkələri daha çox məsuliyyət götürməlidir - Ərdoğan
Avropa ölkələri daha çox məsuliyyət götürməlidir - Ərdoğan
Türkiyə parlamentinin sədri Azərbaycanda səfərdədir
Türkiyə parlamentinin sədri Azərbaycanda səfərdədir
Qalibaf Bakıya gəldi
Qalibaf Bakıya gəldi