kanal1

İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub - FOTO

Tarix:23-12-2025, 13:28
Baxış Sayı:7 746

İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub - FOTO


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.

 Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına qəsəbədə görülmüş işlər barədə məlumat verdi.

Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə - öz dədə-baba yurdlarına qayıdıb.

Qəsəbədə bir sıra sosial infrastruktur layihələri də icra olunub. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xətləri yoxlanılıb, 2 kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb. Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624 şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də bu qəsəbədə olub.

Dəniz səviyyəsindən 1130 metr hündürlükdə yerləşən və ümumi sahəsi 234 hektar olan Kərkicahan Xankəndi şəhər ərazi vahidində qəsəbədir. 1960-cı illərdə keçmiş vilayətin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb Xankəndi şəhərinə birləşdirmişdilər. 1991-ci ilin sonunda işğal olunan Kərkicahan 1992-ci ildə ermənilər tərəfindən yandırılmışdı. İşğaldan əvvəl qəsəbədə 355 ailə olmaqla 1796 nəfər azərbaycanlı yaşayırdı. Hazırda qeydiyyatda 674 ailə olmaqla, ümumilikdə 2531 sakin var. Qəsəbə 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Kiçik torpaq sahələri ilə bağlı YENİLİK! Ekspert detalları açıqladı
Kiçik torpaq sahələri ilə bağlı YENİLİK! Ekspert detalları açıqladı
Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?
Moskvadan qızışdırıcı MÖVQE – Paşinyan Rusiyaya buraxılmayacaq?
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Türkmənistan Prezidentinə Qarabağ atı hədiyyə edilib
Həmin ordeni Polşaya qaytardı
Həmin ordeni Polşaya qaytardı
Kənd sakinləri ilə daim təmasda olan, dövlət-vətəndaş münasibətlərini möhkəmləndirən idarəçilik nümunəsi – Mirkamil Mahmudov
Kənd sakinləri ilə daim təmasda olan, dövlət-vətəndaş münasibətlərini möhkəmləndirən idarəçilik nümunəsi – Mirkamil Mahmudov
Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü
Prezidentin Şuşa səfərində uşaqlarla səmimi görüşü
Onlayn qumarla bağlı cəzalar - Sərtləşdirilir
Onlayn qumarla bağlı cəzalar - Sərtləşdirilir
Daşaltı kəndinin fonunda - Fotolar
Daşaltı kəndinin fonunda - Fotolar