kanal1

İlham Əliyev Stiv Deynsi qəbul etdi

Tarix:7-07-2026, 10:29
Baxış Sayı:256

İlham Əliyev Stiv Deynsi qəbul etdi


Prezident İlham Əliyev iyulun 7-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsi qəbul edib.


Prezident İlham Əliyev Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsindən sonra əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bunun ölkələrimiz, eyni zamanda, region üçün çox önəmli olduğunu dedi.


Dövlət başçısı ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfərini məmnunluqla xatırladı, həmin səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanmasının ikitərəfli əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətinə toxundu.


Prezident İlham Əliyev Donald Trampla şəxsi münasibətlərinin də yüksək səviyyədə olduğunu deyərək, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında onun xüsusi rol oynadığını vurğuladı.


Stiv Deynsin ölkəmizə son səfərindən sonra tarixi hadisələrin baş verdiyini qeyd edən dövlət başçısı Azərbaycan-ABŞ əlaqələrinin inkişafı istiqamətində göstərdiyi səylərə görə qonağa təşəkkürünü bildirdi.


Senator Stiv Deyns də öz növbəsində son dövrlərdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini dedi, Azərbaycan Prezidentinin ötən ilin avqustunda Vaşinqtona səfərinin əlamətdar hadisə olduğunu vurğuladı.


Qonaq, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın geosiyasi səviyyədə mühüm rolunu qeyd etdi.


Stiv Deyns Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə əlaqədar nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.


Söhbət zamanı TRIPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından əhəmiyyəti vurğulandı, Azərbaycanla ABŞ Senatı arasında dialoqun möhkəmləndirilməsi və tərəfdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
Yaxın Şərqin yenidən alovlanmasının PƏRDƏARXASI DETALLARI
İran itkilərinin sayını açıqladı
İran itkilərinin sayını açıqladı
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Dövlətə xəyanətdə ittiham olunan şəxs barəsində qərar verildi
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq
Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
Ukrayna Qara dənizdə rusların 20 gəmisini vurdu
Qarabağ Universitetində YENİLİK
Qarabağ Universitetində YENİLİK
Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
Əli Əsədov Qətərin Bakıdakı səfirliyinə getdi, başsağlığı verdi
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır
Bu gündən yeni 100 manatlıq dövriyyəyə buraxılır