kanal1

Prezident qəbul keçirdi - FOTOLAR

Tarix:8-07-2026, 10:08
Baxış Sayı:491

Prezident qəbul keçirdi - FOTOLAR


Azərbaycan Prezidenti İlham Əliyev bu gün İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib.


Qonaq İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını və İordaniyaya dəvətini dövlət başçısına çatdırıb, İordaniya Kralının Azərbaycan Prezidenti ilə şəxsi münasibətlərə çox böyük dəyər verdiyini qeyd edib.


Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş edib.


Azərbaycan Prezidenti də öz növbəsində İordaniya Kralını ölkəmizə səfərə dəvət edib.


Dövlət başçısı ölkəmizdə, İordaniyada və beynəlxalq tədbirlər çərçivəsində Kral II Abdullah ibn Al Hüseyn ilə görüşlərini məmnunluqla xatırlayıb.


Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm rol oynadığı vurğulanıb, əlaqələrimizin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı qeyd edilib.


Siyasi, iqtisadi, energetika, bağlantılar, investisiyalar, humanitar və digər sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, regional məsələlər, gələcək təmaslar, hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsi və parlamentlərarası əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.


Turizm sahəsində əməkdaşlığa toxunularaq, bu xüsusda Azərbaycanla İordaniya arasında birbaşa müntəzəm aviareyslərin açılması məsələsi müzakirə olunub.


DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi