kanal1

7 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Ədliyyə Nazirliyinin “üzqarasıdır” - İLGİNC FAKTLAR

Tarix:9-05-2022, 19:07
Baxış Sayı:1 366 540










Xeyli müddətdir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən  7 saylı Cəzaçəkmə Müəssisəsində yaşanan biabırçılıqların, çoxsaylı qanunsuzluq əməllərinin varlığı təkcə Bakı şəhəri ərazisində deyil, hətta ölkəmizin hüdudlarından çox-çox uzaqlarda da eşidilməkdədir. Buna əsas səbəb,  ədliyyə naziri cənab Fikrət Məmmədovun 2017-ci ilin aprel ayında imzaladığı müvafiq əmr əsasında, ədliyyə polkovnik-leytenantı Rasim Bayramov 7 saylı Cəzaçəkmə Müəssisəsinə rəis təyin olunduqdan sonra, bu şəxsin iştahasını cilovlaya bilməməsi olur. Atvxeber.az xəbər portalının redaksiyasına daxil olan məlumatlara görə, adı çəkilən bu şəxs daşıdığı vəzifəsini icra etməzdən əvvəl, 6 saylı Cəzaçəkmə Müəssisəsində rəis müavini vəzifəsini daşıyıb. Yəni əldə etdiyimiz şifahi məlumatlara görə, ədliyyə polkovnik-leytenantı Rasim Bayramov uzun illər ərzində ölkəmizin ədliyyə sahəsində çalışdığından o, həm idarəçiliyin sirlərini, həm də minbir fırıldaq və qanunsuzluq əməllərinin incəliklərini mükəmməl öyrənməyi bacarır.  Belə bir səbəblər üzündəndir ki, bu gün Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 7 saylı Cəzaçəkmə Müəssisəsində qol qoyulan həngamələrin həddi-hüdudu bilinmir. Məsələn, redaksiyamıza çatdırılan məlumatlara görə əgər cənab Nazir bu şəxsin əməllərindən lazımınca xəbərdar olarsa, o halda Rasim Bayramovu dərhal və anındaca daşıdığı vəzifəsindən uzaqlaşdırar. Hətta ola bilsin ki, yarıtmaz fəaliyyəti ilə Azərbaycanın ədliyyə tarixində bir növ ləkə olan, çalışdığı sahəyə utanc hissi gətirən bu şəxsin atdığı addımlara görə, rəhbərlik onun məsuliyyətə cəlb olunması yöndə aidiyyəti üzrə müvafiq tapşırığını da verər.

     Ədliyyə polkovnik-leytenantı Rasim Bayramovun yarıtmaz idarəçiliyinin mahiyyəti haqda söylənilən iddialarda o da bildirilir ki, bu şəxsin rəhbərlik etdiyi 7 saylı Cəzaçəkmə Müəssisəsində hər cür özbaşınalıq halları hökm sürməkdədir. Məsələn, bu müəssisədə elə şəxslər var ki, onlar birinci dəfə məhkumluq həyatı yaşasalar da, həmin şəxslər bir neçə dəfə məhkumluq həyatı yaşamış şəxslərlə eyni kameralarda saxlanılırlar. Buna da əsas səbəb, iki və daha çox məhkumluq həyatı yaşamış şəxslərin rəhbərliyə hər ay təqribən 500 manat məbləğində “şirinlik” çatdırmaları olur. Həssas məqamlardan biri də, müəssisə rəisinin kameraları “hərraca çıxarmasıdır”. Yəni, məhkum olunan şəxslərə lazımi şəraiti olan kameralar müəyyən məbləğ “haqq-hesab”ın müqabilində verilir, lazımi şəraiti olmayan kameralar isə pulsuz verilir. Bundan əlavə, əldə etdiyimiz məlumatlarda o da qeyd olunur ki, bu müəssisədə  yataq dəsti, hamam, tibbi avadanlıq, bir sözlə lazımi şəraitin olması ilə bağlı ciddi çatışmazlıqlar olsa da, məhz belə bir halların varlığı rəhbərliyi heç bir halda maraqlandırmır.

      Düşündürücü hallardan biri də, qanunla müəyyən olunmuş vaxtlarda telefon danışığından istifadə edərkən, məhkumların müəyyən məbləğdə “haqq-hesab” ödəmələri olur. Bundan əlavə, məhkumlarla görüşə gələn, yaxud da onlara ərzaq sovqatı çatdırmaq istəyən şəxslər də, ədliyyə polkovnik-leytenantı Rasim Bayramovun müəyyən etdiyi “rüsum”u ödəməli olurlar. Yəni, əldə etdiyimiz məlumatlar, baş verən çoxsaylı qanunsuzluqlar onu söyləməyə əsas verir ki, bu gün də 7 saylı Cəzaçəkmə Müəssisəsində hər cür anarxiya baş alıb gedir, hər cür korrupsiya əməllərinə qol qoyulur. Düşünürük ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları bu müəssisəyə baş çəkərlərsə, o halda 7 saylı Cəzaçəkmə Müəssisəsi rəisinin həyata keçirdiyi idarəçiliyin mahiyyəti tam çılpaqlığı ilə aşkara çıxarılar. Bu kimi halların varlığı, məhz bu müəssisədə çox ciddi problemlərin əmələ gəlməsinə yollar açır. Ona görə də, bu Cəzaçəkmə Müəssisəsinin həyatında baş verənləri təhlil edib belə bir qənaətə gəlmək olar ki, ədliyyə polkovnik-leytenantı Rasim Bayramov, hal-hazırda cənab Nazirin etimadını doğrultmayan vəzifə sahibidir. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.

 Atvxeber.az

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO