kanal1

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin adından sui-istifadə edən şəxsləri hansı cəza gözləyir?

Tarix:12-05-2022, 14:54
Baxış Sayı:194 312

















XX əsrin sonu - XXI əsrin texnoligiya əsri kimi tarixə düşməsi faktdır. Çünki, hal-hazırda elm və texnika o mərhələyə qədər inkişaf edib ki, artıq bütün həyat elektronlaşır, məxfilik imkanları getdikcə azalır, təhlükələr və risklər artır. Xüsusilə də internet, mobil telefonlar və onların çoxsaylı funksiyaları icad olunduqdan sonra, ağıla gələn və ya gəlməyən hər bir hoqqalar aşkara çıxarılır. İndi qeyd edəcəyimiz şantaj, təxribat, dövlət qurumunun və ya qeyri-dövlət qurumlarının adından sui-istifadə halları da, məhz mobil telefon və internet vasitəsilə dəqiqləşdirilmişdir.  

     Belə ki, 11 may 2022-ci il tarixdə redaksiyamıza İmişli-Biləsuvar yolunun üstündə fəaliyyət göstərən bir neçə ictimai-iaşə müəssisələrində, insan alverinə şəraitin yaradılması haqda məlumatlar daxil olduqdan sonra, həm yerli polis şöbəsinin əməkdaşlarına, həm də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə bu barədə məlumat verməyi özümüz üçün borc bildik. Düzdür, çatdırdığımız məlumatlar əsasında həm yerli polis şöbəsinin əməkdaşları, həm də DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru cənab Elşad Hacıyev, problemin diqqətdə saxlanılacağı və bu yöndə lazımi araşdırmaların aparılacağını bildirdilər. Məsələnin maraqlı tərəfi o oldu ki, biz aidiyyatı üzrə məlumatı çatdırdıqdan təqribən bir saat sonra, özünü Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə Baş  İdarəsinin əməkdaşı olaraq təqdim edən Ceyhun Paşayev adlı şəxs, redaksiyanın rəhbərliyi ilə əlaqə saxlayıb, səhəri gün (bu gün) adı çəkilən bu dövlət qurumuna dəvət olunduğunu bildirir. Bu yöndə apardığımız araşdırmalar zamanı bəlli oldu ki, “yuyulmamış çömçə” kimi ortaya düşüb şantaja keçən bu şəxs, heç də Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı deyilmiş, sadəcə olaraq o, idarə, müəssisə və təşkilatların qapılarında pul dilənən “jurnalist”lərdən biridir.

      Məsələnin daha eybəcər tərəfi o oldu ki, özünü Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı deyə təqdim edən Ceyhun Paşayevin etdiyi telefon zəngindən az sonra, daha iki xanım bu məsələyə girişirlər. Amma, onlar Ceyhun Paşayevdən fərqli olaraq özlərini hansısa ictimai qurumun əməkdaşı olaraq təqdim edirlər və həmin iki xanım da, redaksiya rəhbərliyinin Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət olunduğunu dilə gətirirlər. Yəni, hər iki xanım “sən “Banditizm”ə gəl, səni qarşılayıb, orada səninlə məşğul olacaqlar” deyirlər. Bu yöndə apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, istər Ceyhun Paşayev adlı şəxsin, istərsə də hər iki xanımın redaksiya rəhbərliyinə telefon zəngi etməkdə başlıca məqsədləri, onu Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin adından qorxutmaq və İmişli-Biləsuvar yolunun üstündə fəaliyyət göstərən, hansı ki, insan alverinə şərait yaradan obyektlərin sona qədər himayəçiliyini həyata keçirmək olur.  Düzdür, həmin şəxslər belə bir dar düşüncəyə sahib olsalar da, reallıq tamam başqadır. Çünki, həmin şəxslər hələ də dərk etmirlər ki, XXI əsr tarixə texnoligiyalar əsri kimi daxil olub. Ona görə də, hansısa obyektdə insan alverinə şəraitin yaradılması gectez müəyyən olunacaq və onların bu yöndə etdikləri himayəçilik isə, heç bir nəticə verməyəcək.

      Onu da qeyd edək ki, redaksiyamızda həmin şəxslərin istifadə etdikləri mobil nömrələr və bizimlə danışdıqları səsyazıları var. Lazım olacağı təqdirdə onları aidiyyatı dövlət qurumlarına təqdim etməyə hazırıq.

Mövzuya qayıdacağıq.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO