kanal1

Abşeron polisində bəzi vəzifə sahibləri “Fredy English” dil kursunun “Cef”lərinin, “Fred”lərinin müdafiəçisidirlər

Tarix:30-05-2022, 23:22
Baxış Sayı:594 286












 Respublikamızın ikinci dəfə müstəqillik hüququnu əldə etməsindən 31 il ötməsinə baxmayaraq, hələ də ölkəmizin təhsil sahəsində sovet təhsil sisteminin bəzi qalıqları qalmaqdadır. Yəni, reallıq ondan ibarətdir ki, hal-hazırda məktəblərdə şagirdlərə dövrün tələblərinə uyğun bilik və lazımi bacarıqlar öyrədilmir. Daha çox isə, əzbərçilik ab-havası hökm sürməkdə davam edir. Bundan əlavə, orta təhsil müəssisələrində yuxarı sinif şagirdlərinə musiqi, texnologiya və s. kimi fənlər də tədris olunur ki, bu da onların dərs yükünün artması ilə nəticələnir. Belə bir səbəbdən də, məktəblərdə əsas dərsləri mənimsəmək imkanı məhdudlaşan şagirdlər, məhz lazımi bilik və bacarıqlarını artırmaq məqsədilə müxtəlif kurslara üz tuturlar. O halda sual oluna bilər ki, görəsən müxtəlif ünvanlarda fəaliyyət göstərən kursların fəaliyyətləri günün tələblərinə cavab verirmi, yaxud da həmin kurslarda “bezpredellik” ab-havası hökm sürürmü? Media üzərindən apardığımız araşdırmalardan, ümumi müşahidələrimizdən, redaksiyamıza daxil olan bəzi məlumatlardan və s. aydın olur ki, ayrı-ayrı adlar adı altında fəaliyyət göstərən bir çox hazırlıq kurslarında ümumi vəziyyət dözülməz həddədir. Bu sırada Abşeron rayonu, Xırdalan şəhəri, “Köhnə Bazar”ın yanı adlanan ərazidə fəaliyyət göstərən “Fredy English” dil kursu da, məhz belə kurslardandır. Diqqət yetirək ki, “Fredy English” dil kursunda bu gün qeyri-adi yanaşma, fərqli idarəçilik qaydaları həyata keçirildiyindən, qeyd olunan bu kursda baş verən hoqqalar hər kəsi şoka deyil, birbaşa “şökə” salır. Məsələn, əldə etdiyimiz şifahi məlumatlara görə, əslən azərbaycanlı olan və “Fredy English” dil kursunda müqavilə sənədi əsasında ingilis-dili fənni üzrə müəllim işləyən şəxslər özlərinə ingilis ad-ləqəbi götürüb, sanki “fason” yaradırlar. Belə şəxslərdən biri də, əslən Gəncə şəhərindən olan, özünün dediyinə görə BDU-nun tarix fakültəsində ali təhsil alan  Mirqədirov Mircəfər Yaşar oğludur ki, bu şəxsin ingiliscə “Cef” olduğu bildirilir. Görəsən belə bir ad-ləqəbin götürülməsində başlıca məqsəd nədir? Bu yöndə apardığımız araşdırmalar zamanı bəlli oldu ki, bu Mirqədirov Mircəfər Yaşar oğlu adlanan şəxs, səndemə özünə “Cef” ad-ləqəbini ona görə götürüb ki, guya o, ingilis ruhlu, ingilis düşüncəli şəxsdir. “Cef”in yanaşmasına görə ona ətraf aləmdən bəslənilən yanaşma fərqli olmalı və o, özünün fərqli düşüncəsi ilə də seçilməlidir. Bundan əlavə, heç bir ali təhsilə malik olmadığı bildirilən “Fredy English” dil kursu rəhbərinin adı-soyadı Firdovsi Kərimov olsa da, bu şəxs isə özünə “Fred” ad-ləqəbini götürür. Əslən azərbaycanlı olan bu şəxslərin “Cef”, “Fred” və s. kimi ad-ləqəbləri götürmələri, həqiqətən də ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır.

     Qeyd edək ki, bu “Cef”lər, bu “Fred”lər çalışdıqları ingilis-dili kursunda, sanki özlərini “borz aparıb” istədikləri addımlarını atırlar. Məsələn, Mircəfər Mirqədirov adlı şəxs, hansı ki, özünü “Cef” elan edən və “Fredy English” dil kursunun rəhbəri Firdovsi Kərimova yaxınlığı ilə seçilən bu şəxs, bu ilin may ayında hazırlıq kursunun şagird-dinləyicisinə (müəyyən səbəblər üzündən ad çəkmirik) qarşı əməlli-başlıca “vorzakon”luq edir. Hətta, “Cef” həmin şəxsə “Ay Paşinyanın arxası, Putinin filan yeri” deməkdən də ehtiyat etmir. Baxmayaraq ki, hər ay kursun rəhbərliyi dinləyici-şagirdin valideynindən 90 manat pul alsa da, onlar bunun qarşılığında heç bir ödəniş qəbzi vermirlər. Hətta kursun fəaliyyət göstərməsi üçün heç bir sertifikatın olmadığı, ümumi nəzarəti həyata keçirmək üçün müşahidə kameralarının quraşdırılmadığı da bildirilir. Bu da onu söyləməyə əsas verir ki, “Fredy English” dil kursunun “başbilənləri” açot-uçot işlərində hər cür rola girirlər. May ayında baş verən olayın varlığına gəldikdə isə onu deyə bilərik ki, zərərçəkənlər ilk əvvəl “Fredy English” dil kursunun rəsmisi Fatimə xanımla əlaqə saxlayıb “Biz polisə şikayət edəcəyik” dedikdə o, “Polis bizə nə edəcək” deyə cavab verir. Bu məsələ ilə bağlı DİN-nin 102 xidmətinə verilən məlumatdan sonra, Abşeron RPİ-nin TŞ-də müəyyən araşdırmalar həyata keçirilir. Amma, necə? Elə bu necəliyin varlığıdır ki, baş verən olayın varlığını ictimailəşdirmək qərarına gəldik. Çünki, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Elnur Bəkirovun apardığı araşdırmalar o qədər cılız və bitərfli qaydada həyata keçirilir ki, əslində aparılan araşdırmaları Abşeron polisinə ləkə də hesab etmək olar. Amma, polis mayoru Elnur Bəkirovdan fərqli olaraq, Abşeron RPŞ-nin rəisi cənab Şəhriyar Şəmşirlinin xidmətləri göz önündədir. Çünki, tam əksəriyyət o haqda məlumata malikdir ki, bu şəxs daim şəhid ailələrinə, qazilərə, azyaşlı uşaqlara və s. qarşı diqqət və qayğı göstərir, bir sözlə lazımi dəstəyini ifadə edir. Təhqiqatçı Elnur Bəkirov isə, olay baş verən gündən 3-4 gün sonra dil kursunun dinləyici-şagirdinin valideyninə zəng edir və “Gəlin, sizə ekspertizadan keçmək üçün göndəriş verək” deyir. Daha o, dərk etmir ki, hazırlıq kursuna kitab gətirməməsi səbəbindən “Cef”in  təhqir etdiyi, kompyuter naqilinin baş hissəsi ilə vurduğu dinləyici-şagirdin bədən nahiyələrindəki xəsarətlər 3-4 gün ərzində yox olacaq. Əslində polis mayoru Elnur Bəkirov bunu çox yaxşı bilir. Sadəcə olaraq o, günləri uzatmaqla “Cef”in mövqeyini müdafiə edir ki, hansısa marağını təmin edə bilsin. Məsələnin düşündürücü tərəfi o olur ki, aparılan araşdırmalar zamanı “Cef” sakit-sakit təhqiqatçıya baxır, o halda Elnur Bəkirov “Bu şəxs mal kimi adamdır” deyir. Bu çox maraqlı və düşündürücü yanaşma olur. Çünki, əgər “Cef” “mal kimi” adamdırsa, bəs o, “Fredy English” dil kursunda necə dərs keçir, niyə bu qədər “firon”luq etməyi də bacarır? Bu azmış kimi, dinləyici-şagirdin də olduğu araşdırmalar zamanı təhqiqatçı Elnur Bəkirov “Bilirsiniz, vaxtilə bizi də müəllimlərimiz döyürdü, biz valideyinlərimizə nəsə demirdik. Mən istəmirəm ki, siz buradan narazı gedəsiniz” deyir. O halda “Cef”in təhqir etdiyi, kompyuter naqilinin baş hissəsi ilə vurub xəsarət yetirdiyi uşağın valideyini Elnur Bəkirova “Siz nə etdiniz ki, biz buradan razı gedək” cavabını verir. Bəli, təhqiqatçının bu cür davranışı, yaxud da davranışları onu sübut edir ki, o, açıq-aydın şəkildə “Cef”in mövqeyini müdafiə edir. Bu məsələ ilə bağlı zərərçəkən şəxslərin yaxınları Abşeron RPİ-nin TŞ-nin rəisi Məmmədəli müəllimin qəbulunda olmaq istədikdə isə, təhqiqatçı Elnur Bəkirov onlara “Mən sizin şikayətinizlə bağlı xitam qərarı vermişəm, istəyirsinizsə yenidən  prokurorluğa şikayət edin. Əgər prokurorluq çıxarılmış xitam qərarını ləğv edərsə, o halda işi yenidən araşdıraram. Mən Məmmədəli müəllimin yanında oldum, o ciddi işlə məşğuldur, sizi heç cür qəbul edə bilməyəcək. O, mənə “Getsin sözlərini idarə rəsinin özünə desinlər” dedi.

     Bəli, bütün bunlar onu sübut edir ki, Abşeron RPİ-nin TŞ-nin rəisi Məmmədəli müəllim və təhqiqatçı Elnur Bəkirov “Fredy English” dil kursunun “Cef”lərini, “Fred”lərini müdafiə etməyi qarşılarına əsas məqsəd qoyublar. Əgər bu belə olmasaydı, o halda haqq-ədalət öz yerini tapardı. Yəni, nəzərə almaq lazımdır ki, bu “Cef”lərini, bu “Fred”lərini əndazəni aşmaları səbəbindən bir çox yeniyetmələr depressiyaya düşürlər, bəlkə də son anda onlardan bəziləri özlərini intihar etmək haqda da düşünürlər. Odur ki, əslən azərbaycanlı olan, bu gün isə “Cef”, “Fred” olanların hüquqazidd əməllərinin qarşısı alınmalıdır ki, sağlam gələcək formalaşdıra bilək. Yoxsa, ...

Mövzuya qayıdacağıq.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO