kanal1

Zaqatala SSİ-nin rəisi öz rəhbərinə qarşı “inqilab”a hazırlaşır?- İDDİA

Tarix:11-06-2022, 20:50
Baxış Sayı:335 960

 Ölkəmizdə su təsərrüfatı sahəsi əsas strateji sahələrindən biri hesab olunsa da, deyəsən uzun illərdən bəri Zaqatala Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsindən “ikiəlli yapışan” Fikrət Müsənnif oğlu Şərifov, hələ də bu sahənin əhəmiyyətinə “gözucu qiymət” verməkdə davam edir. Media üzərindən apardığımız araşdırmalardan, bəzi mənbələrdən əldə etdiyimiz səhih məlumatlardan və s. aydın olur ki, idarə rəisi vəzifəsini daşıyan bu şəxsin yeni rəhbərliyə qarşı kin-kudurəti artıq “pik nöqtə”yə çatıb. Çünki, anadan olduğu vaxtlarda “mükəmməl bəxt”inə Zaqatala SSİ-nə rəhbərlik etmək qisməti yazılmış Fikrət Şərifov, hər zaman hər yerdə özünü sabiq sədrin etibarlı kadrlarından biri hesab edir. Odur ki, o, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin yeni sədri cənab Zaur Mikayılovu heç cür həzm edə bilmir, yaxud da həzm etmək istəmir. Hətta o, bəzən gizli, bəzən bir qədər açıq formada yeni rəhbərliyin ünvanına “qəmli-qəmli” giley-güzar edib, narazılığını ifadə edir. Məsələn, elə ki, idarənin ümumi iş fəaliyyəti, əhaliyə göstərilən xidmətin necəliyi və s. haqda Fikrət Şərifova bir neçə sual verib cavab əldə etmək istəyirsən, o halda o, “Bilirsiniz, bizim rayon dağlıq ərazidə yerləşir. Yaz fəsli gələndə çaylar aşıb-daşır, çay suları öz macərasından çıxır. Ona görə də, SSİ-nin balansında olan texnikalar işlək vəziyyətdə olmalıdır ki, əmələ gələn problemləri vaxtında aradan qaldıraq. Texnikalarımız sınıq-salxaq olduğundan heçnə edə bilmirik. Rəhbərlik isə bizim idarəyə vəsait ayırmır ki, üzərimizə düşən işləri görək. Onlar sınıb xarab olmuş texnikaları şəxsi vəsaitlərimiz hesabına təmir etdirməyə məcbur edirlər. Belə bir səbəbdən də, işləməyə heç cür həvəs qalmayıb. Təyinatla bizim idarəyə tələbələr gəlirlər, onlara deyirəm ki, meliorasiya sahəsində heçnə yoxdur. Gedin özünüzə başqa sahədə iş yeri tapın” deyir. Zaqatala SSİ-nin rəisi cənabi Fikrət Şərifovun müəyyən məsələlərə, hətta ölkə rəhbərinin müvafiq Sərəncamı əsasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nə sədr təyin olunan cənab Zaur Mikayılova qarşı bəslədiyi belə bir yanaşmasının varlığına hansı prizmadan baxmaq lazımdır, bu gün də həmin yanaşma bizim üçün qaranlıq qalmaqdadır. Çünki, Fikrət Şərifov belə bir yanaşması ilə həm Zaqatala SSİ-nin, həm də ASC-nin yeni sədrinin fəaliyyətini heçə endirir. Yəni, o, belə bir açıqlamaları ilə dövlət qurumlarına və onun rəhbərlərinə qarşı kənar şəxslərin düşüncəsində inamsızlıq hissi formalaşdırır. Zaqatala SSİ-nin rəisinin xarakterik xüsusiyyətlərindən biri də, məhz onun çox zaman iş saatlarında rəhbərlik etdiyi idarədə tapılmaması olur. Yəni, Fikrət Şərifovun iş saatlarında dayanacağı “hüquqi ünvan” idarənin qarşısındakı çayxana olur. Əldə etdiyimiz müəyyən məlumatlara görə, idarə rəisi vəzifəsini daşıyan bu şəxs domino və nərd oyunlarına olduqca aludə olduğundan o, günün iş saatlarını həmin çayxanada domino və nərd oynamaqla keçirir. Bu da onu söyləməyə əsas verir ki, Şərifov soyadını daşıyan bu idarə rəisi üçün SSİ-nin fəaliyyəti o qədər də əhəmiyyətli deyil.

     Redaksiyamıza daxil olan məlumatların birində də qeyd olunur ki, Zaqatala SSİ-nin rəisi cənabi Fikrət Şərifov, son vaxtlar özünü media nümayəndələrinin tənqidindən qorumaq üçün ətrafına bir neçə “nataraz jurnalist”ləri səfərbər edib və onlardan özünə “Çin səddi” düzəldib. Amma, bu vəzifə sahibi onu unudur ki, o, belə bir əməlləri ilə nəyəsə nail ola bilməyəcək. Çünki, idarə rəisinin ətrafına səfərbər olunanlar həm “nataraz”, həm də “yarımcan” olanlardırlar.

     Fikrət Şərifovun həyata keçirdiyi “nataraz idarəçilk”lə bağlı daxil olan məlumatlarda o da qeyd olunur ki, bu şəxs bəzi hallarda idarənin balansında olan texnikaları, bir çox avadanlıq və detalları yararsızdır adı altında idarənin balansından çıxarır və az sonra onların satışını həyata keçirib özü üçün var-dövlət qazanır. Tam əksəriyyətə o da məlumdur ki, Fikrət Şərifov Meliorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri cənab Əhməd Əhmədzadənin dönəmində bugünkü vəzifəsinə sahiblənib. Belə bir səbəbdən də o, özünü bir növ “toxunulmaz şəxs” hesab edir və hətta müəyyən çevrələrdə “Əhməd Əhmədzadə arxa-dayağımdır” deməkdən də ehtiyat etmir. Belə bir arxayınçılığın nəticəsidir ki, Zaqatala SSİ-də korrupsiya halları baş alıb gedir, hətta Fikrət Şərifov ASC-nin sədri cənab Zaur Mikayılovu da aldatmağı bacarır. Məsələn, o, SSİ-nin balansında olan, amma istifadə müddəti çoxdan başa çatmış köhnə su nasoslarına yeni rəng vurdurmaqla minbir maxinasiyalara qol qoyur və rəsmi sənədlərdə isə, yeni nasoslar alınıb adı altında rəsmləşdirmə işləri həyata keçirilir. Bundan başqa, su kanallarının təmizlənməsi məqsədilə ayrılan yanacaq, sürtkü yağları və s. çox keçmir ki, Fikrət Şərifov tərəfindən “itbata salınır”.Bundan əlavə, suvarma suyu sakinlərə dövlətin müəyyən etdiyi qiymətdən təqribən üç-dörd dəfə baha qiymətə satılır. Həmin vaxtlarda ayrı-seçkiliyiə yol verilir və tanışlıq, qohumluq, şəxsi münasibətlər daim öndə tutulur.

      Başqa bir faktı qeyd edək ki, bu şəxs hansı gün idarədə olursa ləngimədən oturduğu iş otağının qapısını arxadan kilidləyir və idarəyə aid bütün əmr və tapşırıqları daxili telefon vasitəsilə tənzimləyir. Elə ki, katibə xanımdan idarə rəisinin işdə olub-olmadığını soruşursan, o halda o, “Fikrət müəllim işdə yoxdur, işə gəlib-gəlməyəcəyi haqda heçnə deyə bilmərəm” deyə cavab verir. Sözsüz ki, katibə xanımın verdiyi belə bir cavab, idarə rəisinin mükəmməl tapşırıqları əsasında verilən cavablar olur. Zaqatala SSİ-də baş verənlər onu söyləməyə əsas verir ki, artıq Fikrət Şərifova “əlvida” deməyin zamanı çoxdan çatıb. Son vaxtlar isə bu şəxs müəyyən məbləğ pulunun “başından keçir” və ayrı-ayrı media qurumlarında özünün “işgüzar fəaliyyəti” və s. barədə mədhiyyələr söylətdirir,  müəyyən təriflər, tərifnamələr və s. yazdırtdırır. Amma, bu şəxs onu dərk etmir, yaxud da dərk etmək istəmir ki, bu cür addımlar onu məsuliyyətdən xilas edə bilməyəcək. Çünki, Fikrət Şərifov başdan-ayağa “çirkab”a bulaşan rəhbər şəxsdir. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

  Bu yondə araşdırmamız davam edəcək.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO