kanal1

“Aqrolizinq” ASC-nin Tərtər nümayəndəliyinin rəhbəri hüquqi normativ sənədləri, sanki “ölü sənədlər" hesab edir- ŞOK FAKTLAR

Tarix:14-08-2022, 15:14
Baxış Sayı:219 282



Məlumdur ki,  Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə Kərimov İnam İmdad oğlu kənd təsərrüfatı naziri vəzifəsinə təyin olundu. Faktdır ki, kənd təsərrüfatı sahəsi ölkə iqtisadiyyatının əsas prioritet sahələrindən biri olduğundan, çox keçmədi ki, bu sahəyə göstərilən diqqət və qayğı artırıldı, həyata keçirilən institutsional islahatlar, texniki və gübrə təminatının yaxşılaşdırılması, subsidiyaların verilmə mexanizminin təkmilləşdirilməsi, şəffalığın təmin olunması  və s. yöndə ciddi addımlar atıldı. Hətta, ölkəmizdə aqrar sektorun inkişaf etdirilməsinə dair 100-dən çox hüquqi- normativ sənəd qəbul olundu, fermerlərin bazara çıxış imkanlarının, bacarıq və vərdişlərinin, kadr təminatıının yaxşılaşdırılması istiqamətində ciddi irəliləyişlər baş verdi. Bütün bu kimi işlərin ğörülməsində bütün kənd təsərrüfatı mütəxəssislərinin, o cümlədən “Aqrolizinq” ASC-nin də üzərinə böyük məsuliyyət yükü düşdü.
    “Aqrolizinq” ASC-ləri tərəfindən Avropanın qabaqcıl texnika istehsalçıları olan ölkələrdən ən müasir kənd təsərrüfatı texnikalarının, eləcə də pambıqçılıqda, taxılçılıqda və digər sahələrdə istifadə olunan yeni texnikaların ölkəmizə gətirilməsi, güzəştli şərtlərlə lizinq yolu ilə fermerlərə verilməsi, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər, gübrələrin güzəştli şərtlərlə məhsul istehsalçılarına verilməsinə başlanıldı. Bütün bunlara baxmayaraq, hal-hazırda  “Aqrolizinq” ASC-nin bir çox nümayəndəliklərində, o cümlədən Tərtər regional nümayəndəliyində hər cür anarxiya baş alıb gedir. Məsələn, Tərtər regional nümayəndəliyində gübrələrin anbarlarda mövcud təlimata və qaydalara uyğun saxlanılmasında, satışdan, həmçinin qısa müddətli lizinqə verilən taxılyığan kombaynlardan, traktorlardan və digər kənd təsərrüfatı texnikalarından istifadə zamanı çoxsaylı qanunsuzluqlara yol verilir. Adı çəkilən bu nümayəndəliyikdə daxil olan vəsaitlərin vaxtlı-vaxtında ödənilməsinin təmin olunmasında, elektron kənd təsərrüfatı sisteminin təkmilləşdirilməsində, fermerlərin texnika və gübrəyə olan tələbatlarının əvvəlcədən müəyyənləşdirilməsində, texnikalardan səmərəli şəkildə istifadə olunmada, gübrə anbarlarının müasir standartlar səviyyəsində qurulması üçün təkliflərin hazırlanmasında ciddi çatışmazlıqlar yaşanmaqdadır.
     Qeyd edək ki, hal-hazırda “Aqrolizinq” ASC-nin Tərtər regional nümayəndəliyinə Rafiq Abbasov adlı şəxs rəhbərlik edir. Söylənilənlərə görə, Rafiq Abbasov kənd təsərrüfatı naziri cənab İnam Kərimovun dopdoğmaca dayısı olduğundan, o, bacısı oğlunun ona göstərdiyi inam və etibardan sui-istifadə edir. Belə bir səbəbdəndir ki, bu şəxsin talançılıqla məşğul olduğu bildirilir. Məsələn, redaksiyamıza çatdırılan məlumatların birində qeyd olunur ki, bacısıoğlunu özünə arxa-dayaq hesab edən Rafiq müəllim, “Aqrolizinq” ASC-nin Tərtər nümayəndəliyinin balansında olan, hansı ki, kənd təsərrüfatı texnikalarının təmir olunması məqsədilə nəzərdə tutulan “bokslar”ın hamısını icarəyə verib. Bir sözlə, icarəyə verilmiş “bokslar”dan ayrı-ayrı şəxsləryalnız və yalnız şəxsi məqsədləri üçün istifadə edirlər. Belə bir səbəbdəndir ki, Rafiq Abbasov hal-hazırda bölgənin ən imkanlı şəxslərindən birinə çevrilib və bu şəxs üçün aqrar sektorun inkişaf etdirilməsinə dair qəbul olunmuş bütün hüquqi normativ sənədlər, sanki “ölü sənəd”lər hesab olunur.
      Düzdür, daim yuxarı instansiyadan adı çəkilən bu nümayəndəliyin rəhbərliyinə fəaliyyət mexanizmini daha da təkmilləşdirmək, görüləcək işlərin mütəşəkkil və operativ şəkildə həyata keçirilməsini təmin etmək, bir çox kənd təsərrüfatı texnikalarının dislokasiya planının hazırlanmasını, lazımi aqrotexniki tədbirlərin vaxtlı-vaxtında yerinə yetirilməsini, bir sözlə bu sahədə görüləcək işlərin səmərəliliyini artırmaq məqsədilə lazımi tapşırıqlar verilsə də, bu gün də Rafiq Abbasov üzərinə düşən vəzifələri lazımınca yerinə yetirmir, yaxud da yerinə yetirmək istəyində deyil. Bu kimi səbəblər üzündəndir ki, hal-hazırda bu nümayəndəlikdə “çoxsaylı axsamalar”a yol verilir.  Bəlkə də, bu məqalənin yayımlanmasından sonra cənab İnam Kərimov “Aqrolizinq” ASC-nin Tərtər nümayəndəliyin yarıtmaz fəaliyyətinə diqqət yetirəcək və lazım bildiyi halda dopdoğmaca dayısına “dur” da deyəcək. Sonda fikirimizi ona görə belə bir formada açıqlayırıq ki, ölkə rəhbəri İlham Əliyev cənablarının vermiş olduğu tapşırıqlar əsasında hal-hazırda ciddi addımlar atılır, problemlərin həlli yöndə müvafiq tədbirlər də görülür. Bütün bunlara baxmayaraq, “Aqrolizinq” ASC-nin Tərtər nümayəndəliyində isə, hələ də hər cür anarxiya baş alıb getməkdədir. Çünki, ...  Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq.

211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
Borel və Lyayendən Rusiya bəyanatı: Şoka düşmüşük
Borel və Lyayendən Rusiya bəyanatı: Şoka düşmüşük