kanal1

Qabil Məmmədov “Bərdə Olimpiya İdman Kompleksi” MMC-i “Dubay bazarı”na çevirib- RƏZALƏT

Tarix:14-08-2022, 15:16
Baxış Sayı:292 830


 Hər kəsə məlumdur ki, Azərbaycan Respublikasında idmanın inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi, ölkə rəhbəri möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının hər zaman diqqət mərkəzində saxladığı məsələlərdən biri olub. Bu kompleks tədbirlərə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən mövcud idman qurğularının qorunub saxlanılması, yenidən qurulması, beynəlxalq standartlara uyğun yeni stadionların, Olimpiya İdman Komplekslərinin tikilib istifadəyə verilməsi və s. kimi məsələlərin həlli daxildir. Unutmaq olmaz ki, bu gün də regionlarda idmanın inkişafı, bölgələrdə yaşayan gənclərin sağlam həyat tərzi sürmələri, onların idmanla sərbəst məşğul olmaları üçün Olimpiya İdman Kompleksləri mühüm rol oynamaqdadır. Faktdır ki, ölkəmiz hazırda dünyada idman ölkəsi, mötəbər beynəlxalq yarışların keçirildiyi məkan olaraq tanınır və bugünə kimi çoxsaylı uğurların qazanılmasında paytaxtla bərabər, regionlarda inşa olunan Olimpiya İdman Komplekslərinin və idman qurğularının da böyük rolu olur. Qeyd edək ki, son illər Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında ölkəmizin idman infrastrukturunun yenilənməsi və müasir standartlara cavab verən bazanın yaradılması istiqamətində əsaslı işlər görülməkdədir. Əldə etdiyimiz təqribi məlumatlara görə, bugünə kimi respublikamızın şəhər və rayonlarında 45-dən çox Olimpiya İdman Kompleksləri və digər iri idman qurğuları tikilərək gənclərin istifadəsinə verilmişdir.
    Bərdə şəhəri, Bakı küçəsi-71 ünvanında fəaliyyət göstərən Bərdə Olimpiya İdman Kompleksi isə 07 oktyabr 2003-cü il tarixdə istifadəyə verilib və ümumi sahəsinin 3,8 hektar olduğu qeyd olunan bu Kompleksin əsas binasında idman sarayı (ölçüləri 50x30m, tamaşa tutumu 548 nəfər), acıq tipli mini futbol (ölçüləri 40x22m) və voleybol meydançaları (ölçüləri 40x22m, tamaşa tutumu 192 nəfər), tennis kortu (ölçüləri 40x22m, tamaşa tutumu 192 nəfər) və qaçış zolağı yerləşir. Kompleksin əsas binasının 1-ci mərtəbəsində 4 məşqçı, 2 qeyinib-soyunma, 1 gözətçi, 1 qarderob otağı, 4 sanitariya qovşağı və 10 duş kabinələri yerləşir; 2-ci mərtəbəsində 2 inzibati otaq, bufet və sanitariya qovşağı yerləşir; 3-cü mərtəbəsində isə 2 inzibati otaq yerləşir. Bundan əlavə, Kompleksin ərazisində 2004-cü ildə üzgüçülük hovuzu (ölçüləri 25x12m, tamaşaçı tutumu 144 nəfər) tikilib istifadəyə verilib. Binanın 1-ci mərtəbəsində 3 qeynmə-soyunma otağı, 10 duş kabinəsi və 3 sanitariya qovşağı yerləşir; 2-ci mərtəbəsində 3 inzibati, 1 məşqçi, 1 tibb, 1 massaj otaqları, bufet və sanitariya qovşağı yerləşir.
    Qeyd edək ki, 24 may 2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Bərdə Olimpiya İdman Kompleksi” MMC-ni dövlət qeydiyyatına alıb. Bu şirkətin ümumi nizamnamə kapitalının 2 149 250 manat və qanuni təmsilçisinin isə Məmmədov Qabil Məmməd oğlu adlı şəxs olduğu bildirilir. Bütün bunlara baxmayaraq, ötən 15 ay ərzində MMC olaraq fəaliyyət göstərən “Bərdə Olimpiya İdman Kompleksi”, bu gün də tam əksəriyyətin narazılıqla qarşıladığı, daha çox giley-güzar etdiyi ünvanlardan biridir. Çünki, bu Kompleksdə hər cür qanunsuzluqlara qol qoymaq, sanki adi məişət məsələlərindən birinə çevrilib. Məsələn, redaksiyamıza daxil olan məlumatlara görə Qabil Məmmədovun rəhbərlik etdiyi MMC-nin üzgüçülük hovuzuna, adicə bir nəfər şəxs daxil olarkən 3 manat pul ödəməyə məcbur edilir. Bundan əlavə, Kompleksin ayrı-ayrı otaqları idman dərsi keçən müəllimlərə icarəyə verilib və onların hər biri ayda 50 manat icarə pulu ödəyirlər. Bir sözlə, bu MMC-nin gəlir gətirən sahələri çox olsa da,  rəhbərliyi heç vaxt daxili təmir işlərini həyata keçirmək, şüşələri sınmış pəncərələrə yeni şüşələr salmaq, arabir üzgüçülük hovuzundakı suları dəyişdirmək, dərmanlatmaq, yuyunub çıxdıqdan sonra foyelərdəki oturacaqları qaydaya salmaq və s. düşündürmür. Rəhbərliyi yalnız və yalnız daha çox gəlir əldə etmək düşündürdüyündən, bu gün “Bərdə Olimpiya İdman Kompleksi” MMC-nin ümumi görkəmi bərbad haldadır. Adicə bir faktı qeyd edək ki, hal-hazırda Kompleksin aşağı mərtəbələrində şüşəsi sınmış pəncərələrə kağız parçaları yapışdırılıb. O halda sual oluna bilər ki, Ağcabədi RİH başçısının qohumu olduğu söylənilən Qabil Məmmədov, görəsən əldə olunan gəlirlərdən daxili təmir işlərinə və digər məqsədlər üçün niyə lazımi məbləğdə vəsait ayırmır? Yoxsa, belə bir addım atmaq bu şəxsin maraqlarına qətiyyən cavab vermir? Axı, “Bərdə Olimpiya İdman Kompleksi” vaxtilə dövlətin büdcəsindən ayrılan vəsaitlər hesabına inşa olunub və 24 may 2021-ci il tarixdə MMC olaraq dövlət qeydiyyatına alınıb? Bu heç də o demək deyil ki, MMC oldu “vso”, hər kəs öz düşüncəsinə uyğun idarəçiliyini həyata keçirib var-dövlət qazanmaqla məşğul olmalıdır. Yox, bu heç də belə deyil! Axı, mövcud qanunvericilik, hüquqi-normativ tələblər ortaya fərqli yanaşmaları qoymağı tələb edir. Odur ki, həm düşünmək, həm də ki, qanunun tələbinə uyğun fəaliyyət göstərmək hər kəsin, o cümlədən Qabil Məmmədovun da vəzifə borcudur. Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.
 Mövzuya qayıdacağıq.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO