kanal1

Bərdə RİH Aparatında “Qoçu Əsgər” peyda olub?

Tarix:12-09-2022, 10:02
Baxış Sayı:246 522


Mehman Adıgözəlov: “Bu icra başçısının tapşırığıdır, qazi evinə bazarlıq olunmalıdır, hətta çatışmayan nəsə varsa o da alınmalıdır”

 Məlumdur ki, 31 may 2007-ci il tarixdə dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Bu Qanunda dövlət qulluqçularının etik davranış qaydaları və prinsipləri, onlara əməl olunması ilə bağlı hüquqi mexanizmlər öz əksini tapıb. Qanunun 1-ci maddəsinin 1.2-ci hissəsində qeyd olunub ki, hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalı və bu Qanunun bütün müddəalarına əməl etməlidirlər. Qanunun 5-ci maddəsinin 5.2-ci hissəsində qeyd olunub ki, dövlət qulluqçuları etik davranışları, peşəkar fəaliyyətləri ilə dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamının artırılmasına və möhkəmləndirməlməsinə çalışmalıdırlar. Qanunun 7-ci maddəsinin 7.1-ci hissəsində isə qeyd olunub ki, dövlət qulluqçuları Azərbaycan Respublikasının, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, ən əsası öz adını və şərəfini uca tutmağa borcludurlar. O halda sual oluna bilər ki, görəsən bütün dövlət qulluqçuları bu Qanunun tələblərinə lazımi səviyyədə əməl edirlərmi? Əsla yox! Çünki, bu günlərdə redaksiyamıza olduqca sensasion, olduqca hər kəsin diqqətini cəlbedən bir məlumat çatdırıldı ki, daxil olan məlumatın əsasında Bərdə RİH Aparatında baş məsləhətçi vəzifəsini daşıyan Mehman Adıgözəlovun dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanununun tələblərini tapdaqlar altına atmasından, açıq-aşkar şəkildə “Qoçu Əsgər”lik etməsindən, daha dəqiq desək vəzifə səlahiyyətlərini hədsiz dərəcədə aşmasından bəhs olunur. Daxil olan məlumatlar əsasında belə qənaətə gəlmək olar ki, bu şəxs Bərdə RİH-nin başçısı cənab Vidadi İsayevin rəhbərlik etdiyi dövlət qurumunda vəzifə sahibi olsa da, əslində o, öz rəhbərinə qarşı dönüklük etməklə məşğul olur. Faktdır ki, Azərbaycan Respublikası Prezidentinin 03 mart 2011-ci il tarixli Sərəncamı əsasında Bərdə RİH-nə başçı təyin edilən Vidadi İsayev, ötən illər ərzində bu rayonun tarixində silinməz izlər buraxmış və işgüzar fəaliyyəti ilə hər kəsin rəğbət hissini qazanmağa da nail olmuşdur. O halda sual oluna bilər ki, böyük həyat təcrübəsinə malik olan bir şəxsin tabeliyində çalışan Mehman Adıgözəlovun, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qalib Ələkbərov adlı şəxsi gözümçıxdıya salmasının arxasında nələr durur?
    Redaksiyamıza daxil olan məlumatda o da qeyd olunur ki, Bərdə RİH Aparatında baş məsləhətçi vəzifəsini daşıyan bu şəxs, çox zaman şəxsi maraqlarını təmin etmək məqsədilə cənab Vidadi İsayevin adından sui-istifadə edir, hətta bu və ya digər formada sabotajlıqla da məşğul olur. İndi isə keçək əsas mətləbə. Təqribən 4-5 gün bundan öncə Mehman Adıgözəlov Bərdədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qalib Ələkbərov adlı şəxsə zəng edir və ona “Bu icra başçısının tapşırığıdır, qazi evinə bazarlıq olunmalıdır, çatışmayan nəsə varsa o da alınmalıdır” deyir. Səndemə həmin vaxta kimi Qalib Ələkbərov adlı şəxs bu Mehman Adıgözəlovun əlindən zinhara gəlibmiş. Ümumi telefon danışığı zamanı RİH-nin rəsmisi ona onu da bildirir ki, “Mənim yaşadığım mənzilə isə bir ədəd suqızdırıcı lazımdır” tapşırığını verir. Belə bir tələbin qarşılığında Qalib adlı şəxs baş məsləhətçiyə kəskin iradını bildirir və ona “Sən artıq məni bezdirmisən, niyə qazilərə bazarlıq etməliyəm, hansı əsasla sənin mənzilinə suqızdırıcı almalıyam?. Uzun müddətdir ki, qazilərə bazarlıq edirəm. Heç cür başa düşə bilmirəm ki, RİH Aparatında fəaliyyət göstərən Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsi niyə qazilərə bazarlıq etmir” cavabını verir. Belə bir cavabdan sonra sahibkarla baş məsləhətçi Mehman Adıgözəlov arasında əməlli-başlıca insident yaşanır. Hətta, həmin anlarda RİH-nin rəsmisi Qalib Ələkbərovu ən pis formada təhqiramiz ifadələrlə, aşağılayıcı küçə söyüşləri ilə təhqir etməkdən də çəkinmir. Əldə etdiyimiz məlumatlara görə, baş məsləhətçinin bu cür əməllərindən, necə deyərlər vəzifə səlahiyyətlərini hədsiz dərəcədə aşması hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət verən Qalib Ələkbərov adlı şəxs, hələ ki, pozulmuş hüquqlarının bərpa olunması əzmindədir. Ümidvarıq ki, bu məqalənin yayımlanmasından sonra böyük həyat təcrübəsinə, çevik idarəçilik bacarığına malik olan cənab Vidadi İsayev, sahibkarla baş məsləhətçi arasında yaşanan insidentin araşdırılması, əsl həqiqətlərin üzə çıxarılması yöndə lazımi addımlarını atacaq. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.                 
           
    P.S.
 Hörmətli oxucular! Tərəflər arasında baş verən insident zamanı həyata keçirilən səsyazıları redaksiyamıza təqdim olunduğundan, yaxın günlərdə RİH rəsmisinin heç bir etikaya sığmayan danışıqlarını hər kəsin diqqətinə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO