kanal1

Naftalandakı sanatoriyaların çoxu əxlaqsızlıq ünvanlarına çevrilib

Tarix:13-09-2022, 10:01
Baxış Sayı:306 031


Yəni, bu ünvanda bir nəfər bir kimsədən soruşmur ki, bu qadın kim idi, kiminlə gəldi, kiminlə də getdi?  

      Məlumdur ki, Naftalan şəhəri Azərbaycan Respublikasının qərb bölgəsində yerləşir və bu şəhər dünya əhəmiyyətli unikal müalicəvi kurortlarının, yeganə müalicəvi naftalan neftinin varlığı və s. ilə  digər ərazilərdən tamamilə fərqlənir. Düzdür, Naftalanın əhatə etdiyi ərazilərdə neçə-neçə sanatoriyalar fəaliyyət göstərir ki, onlarla bağlı gecə-gündüz geninə-boluna təbliğat işləri aparılır, reklam lövhələrində “bəy tərifləri” nümayiş etdirilir. Əslində həmin sanatoriyaların çoxunda yaşanan mənzərə tamam fərqli formadadır. Çünki, belə bir atalar məsəli var: “Yüz eşitməkdənsə bir görmək yaxşıdır”. Bəli, Naftalan şəhəri ərazisində fəaliyyət göstərən sanatoriyalarda gözlərimizlə gördüklərimizə, qulaqlarımızla eşitdiklərimizə, dost-tanışların danışdıqlarına mat-məəttəl qaldıqdan sonra o halda dərk etdik ki, səndemə  həmin müalicə müəssisələrində minbir hoqqalara qol qoymaq, sanki adi məişət məsələlərindən birinə çevrilib. Belə ki, isti yay günlərində müalicə müəssisələrinin tam əksəriyyəti, açıq-aşkar şəkildə əxlaqsızlıq ünvanları olaraq fəaliyyət göstərirlər. Belə biabırçı mənzərəyə, baş alıb gedən hər cür çirkin əməllərin varlığına isə, cənab Zaur Bədəlovun rəhbərlik etdiyi Naftalan ŞPŞ-nin əməkdaşları seyrçi münasibət bəsləməkdə davam edirlər. Amma, onlar o halın varlığını unudurlar ki, sanatoriyalarda baş alıb gedən hər cür çirkin işlərə görə ŞPŞ-nin rəhbərliyi və əməkdaşları böyük məsuliyyətin daşıyıcılarıdırlar. Yaşanan olayların varlığını təhlil edib belə qənaətə də gəlmək olar ki, cənab Zaur Bədəlovun rəhbərlik etdiyi Naftalan ŞPŞ-nin əməkdaşları, ya onlara həvalə olunmuş vəzifəni yerinə yetirmək istəmirlər, ya da ki, yerinə yetirməyi bacarmırlar. Bir sözlə, belə bir ünvanlarda vəziyyətin iyrənc həddə gəlib çatmasında ŞPŞ-i rəhbərliyinin,  bir çox əməkdaşlarının, ələlxüsus ərazi üzrə fəaliyyət göstərən sahə müvəkkilinin də üzərinə böyük məsuliyyət yükü düşür. Bəli, bütün bunların hər biri ayrıca bir söhbətin mövzusudur.    
      Məsələn, adicə bir faktı qeyd edək ki, Naftalan şəhəri ərazisində fəaliyyət göstərən “Sehrli Naftalan” müalicə müəssisəsində heç bir mühafizə xidməti yoxdur və bu sanatoriyada çəkiliş işlərini həyata keçirən  kameralar quraşdırılmayıb. Belə bir səbəbdən də, bu ünvanda hər cür əxlaqsızlıq əməlləri baş alıb getməkdədir. Yəni, “Sehrli Naftalan” müalicə müəssisəsində müalicə olunan və əxlaqsızlıq əməllərinə  həvəsi olan kişilər, bu sanatoriyanın həyət-bacasında dövrə vuran, “məxməri baxışlar”ı ilə hər kəsi özünə cəlb etməyi bacaran qadınları istədikləri vaxtda qaldıqları otaqlara aparırlar, az sonra da minbir hoqqalardan çıxırlar. Söz yox ki, onlar belə bir məqsədlərini müəyyən məbləğ pulun qarşılığında həyata keçirirlər. Yəni, bu ünvanda bir nəfər bir kimsədən soruşmur ki, bu qadın kim idi, kiminlə gəldi, kiminlə də getdi?  Bir sözlə, “Sehrli Naftalan” müalicə müəssisəsi, əslində müalicə müəssisəsi deyil, ən böyük əxlaqsızlıq ünvanı olaraq fəaliyyət göstərməkdədir. Qeyd edək ki, belə bir biabırçılıqlarla bağlı DİN-nin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımova məlumat versək də o, “Mən həm xəstəyəm, həm də hal-hazırda məzuniyyətdəyəm, buna baxmayaraq lazımi araşdırma aparıb sizə bu barədə məlumat verəcəyəm” vədini verdi. Amma, Eşqin Qasımov növbəti dəfə telefon zənglərimizdən heç birinə cavab vermədi. Diqqət yetirək ki, isti yay günlərində ölkəmizin ərazisində fəaliyyət göstərən bir çox sanatoriyalara, o cümlədən “Sehrli Naftalan” müalicə müəssisəsinə də həm yerli, həm də əcnəbi vətəndaşlar üz tuturlar. Faktdır ki, onlar belə bir ünvanlarda yaşanan hər cür biabırçılıqları öz gözləri ilə görür və lazımi təsəvvürlərini də formalaşdırırlar. O halda sual oluna bilər ki, görəsən həmin şəxslər bizim ölkəmiz haqda nə düşünürlər?
 
Mövzuya qayıdacağıq. Bizi izləyin.

Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
Bakı BUNU bacardı: İsrail onları MƏYUS etdi – Revanşistlər ŞOKDA
Balıq məhsulları tam nəzarətə götürülür - Bazar BELƏ DƏYİŞƏCƏK
Balıq məhsulları tam nəzarətə götürülür - Bazar BELƏ DƏYİŞƏCƏK
DİN-dən xəbərdarlıq: Bu məlumatları heç kimlə paylaşmayın
DİN-dən xəbərdarlıq: Bu məlumatları heç kimlə paylaşmayın
Prezident: "Yaponiya ilə müdafiə sənayesində birgə müəssisələr yarada bilərik"
Prezident: "Yaponiya ilə müdafiə sənayesində birgə müəssisələr yarada bilərik"
İlham Əliyev: Qarabağın bərpasında Azərbaycana birinci yardım edən məhz Şavkat Mirziyoyev olub
İlham Əliyev: Qarabağın bərpasında Azərbaycana birinci yardım edən məhz Şavkat Mirziyoyev olub
İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur
Azərbaycanın daha bir ölkə ilə viza rejimi ləğv olunur
Azərbaycanın daha bir ölkə ilə viza rejimi ləğv olunur
Dövlət başçısı: Fransanın dənizaşırı əraziləri kolonial müstəmləkəçilik siyasətindən əziyyət çəkir
Dövlət başçısı: Fransanın dənizaşırı əraziləri kolonial müstəmləkəçilik siyasətindən əziyyət çəkir