kanal1

Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”

Tarix:5-03-2024, 10:11
Baxış Sayı:71 278



Məlumdur ki, Nizami Mayılov Bakı şəhəri, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə rəis təyin olunduqdan sonra, sanki bu rayonun bir çox ünvanları döyüş əməliyyatlarının həyata keçirildiyi ərazilərə oxşadı.

 Bəli, həqiqətən də bu belədir. Çünki, Nəsimi rayonunun ərazisi paytaxt Bakı şəhərinin mərkəzi ərazilərindən olduğu üçün, burada hər tikiliyə görə sakinlərə fantastik qiymətlər “oxunur”. Onu da unutmaq olmaz ki, daşıdığı vəzifəsindən “ikiəlli yapışan” Nizami Mayılovun bu gün başlıca bir amalı var, o da fürsət düşdükcə, imkan yarandıqca daha çox var-dövlət əldə etməkdir. Bəli, hal-hazırda bu şəxs Nəsimi rayonu ərazisində o qədər qanunsuzluq əməllərinə qol qoyur ki, baş verənləri görüb eşidən hər kəs “ya lal, ya da ki, kor olur”. Məsələn, redaksiyamıza daxil olan bəzi məlumatlara görə, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına bu rayonun ərazisindəki yaşayış binalarının orta hissələrində “Abad Həyat” kiçik istirahət parkları yaradılarkən, Nizami Mayılov ərazilərdə süpürgəçilik edib təmizlik işləri ilə məşğul olanların aldıqları əmək haqlarına göz dikir. Yəni, bu şəxs daşıdığı vəzifəsinin imkanlarından sui-istifadə edir və hər süpürgəçinin aldığı əmək haqqından təqribən 60-70 manat məbləğində pul yığır. Daha sonra o, bu pulyığmaya “Abad Həyat” kiçik istirahət parklarının yaradılmasına göməklik olunsun deyə yığıldığını təbliğ etdirir. O halda sual oluna bilər ki, axı büdcədən bu məqsəd üçün lazımi məbləğdə vəsait ayrılır və görəsən həmin pullar hara qeybə çəkilir ki, Nizami Mayılov süpürgəçilik edən şəxslərin də əmək haqlarına “əl qoymağı” özünə rəva bilir? Hələ bunlar harasıdır? Diqqət yetirmək lazımdır ki, bu şəxs Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə rəis təyin olunduqdan sonra, rayon ərazisindəki yaşayış binalarının bəzilərində qanunsuz artırmalar həyata keçirildi, bir çox binaların zirzəmiləri satışa çıxarıldı, bəzi binaların zirzəmilərində qazıntı işləri həyata keçirildi. Söz yox ki, bütün bunların hamısı Nizami Mayılovun “dobro” deməsindən sonra öz həllini tapır. Amma, bəzi binaların zirzəmilərində yığılan çirkli suların ətrafa buraxdığı üfunətin iy-qoxusu, heç zaman bu şəxsi düşündürmür. Söz yox ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə rəhbərlik edən bu şəxsi, yalnız və yalnız daha çox qazanc, daha çox var-dövlət əldə etmək istəyi düşündürdüyündən o, maddi marağının təmin olunması yöndə addımlarını atır. Bu da o deməkdir ki, Nizami Mayılovu xalq, dövlət anlayışı düşündürmür.

     Rayon ərazisində baş verən biabırçılıqlardan biri də, yaşayış binalarının orta hissələrindəki “Abad Həyat” kiçik istirahət parklarında quraşdırılmış avadanlıqlardan istifadəyə görə aylıq “haqq-hesab”ın tələb olunmasıdır. Söylənilənlərə görə, belə bir “haqq-hesab”ın tələb olunması Nizami Mayılovun rəhbərlik etdiyi  Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir. Söz yox ki, bütün bunlar ortaya çoxsaylı sualların çıxmasına da səbəb olur. Elə ki, bu və digər məsələlərlə bağlı Nizami Mayılova sual verib cavab əldə etmək istəyirsən, o halda o, “Mən xəstəyəm, borcun içində boğulub itirəm” cavabını verib özünü sığortalamağa çalışır. Demək bu şəxs qol qoyduğu qanunsuzluq əməllərinə münasibət bildirmək əvəzinə hər cür rola girib “sperkulyasiya” edir və “sudan quru çıxmağı da” bacarır. Faktdır ki, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə rəhbərlik edən bu şəxsin belə bir fəaliyyəti, 02 sentyabr 2015-ci ildən Nəsimi RİH-nin başçısı vəzifəsini daşıyan cənab Asif Əsgərovun işgüzar fəaliyyətinə kölgə salmağa hesablanmış addımlardır. Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra, aidiyyatı dövlət qurumları tərəfindən Nizami Mayılovun əməllərinə hüquqi qiymət veriləcək. Yoxsa o, ...


Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik. Mövzuya qayıdacağıq. Bizi izləyin.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO