kanal1

Zəfər Günü Pirallahı rayonunda təntənəli şəkildə keçirildi

Tarix:9-11-2022, 10:55
Baxış Sayı:131 206



Zəfər Günü — İkinci Qarabağ müharibəsində əldə etdiyimiz parlaq qələbənin şərəfinə qeyd olunan tarixi gündür. Faktdır ki, Vətən müharibəsinin davam etdiyi günlərdə Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu, xalq-iqtidar birliyi və s. məhz ölkəmizin İkinci Qarabağ müharibəsində parlaq qələbələr qazanmasını təmin edən əsas amillər oldu. Ona görə də Prezident İlham Əliyev bu qələbəni qeyd etmək üçün, xüsusi bayram gününün təsis edilməsi haqda sərəncam imzalamışdır. Yəni, Zəfər Günü Prezident İlham Əliyevin 03 dekabr 2020-ci il tarixdə “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı sərəncamına, həm də Şuşa şəhərinin və onun işğaldan azad olunmasının tarixi əhəmiyyətinə əsaslanaraq, hər ilin 08 noyabrında təntənəli şəkildə qeyd olunur.

      Qeyd edək ki, 08 noyabr- Zəfər Gününə həsr olunmuş tədbir Pirallahı rayonunda da təntənəli şəkildə keçirilir. Tədbirdən öncə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, rayon prokuroru Zaur Axundzadə, rayon polis idarəsinin rəisi Cümşüd İsmayılov, millət vəkili Rauf Əliyev, RİH başçısı Aparatının məsul əməkdaşları və rayonda fəaliyyət göstərən idarə - müəssisə rəhbərləri, işçiləri Pirallahı qəsəbəsinin girişində yerləşən körpünün yaxınlığındakı ərazidə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ağacəkmə kompaniyasında iştirak edirlər. Keçirilən kompaniya çərçivəsində 650 ədəd müxtəlif növ ağaclar əkilir. Zəfər Gününə həsr olunmuş tədbirin rəsmi hissəsi isə, Pirallahı qəsəbəsində yerləşən “Vətən uğrunda” abidə kompleksinin qarşısında davam etdirilir. Təntənəli şəkildə keçirilən tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunur və az sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilir. Tədbirdə 180 nəfər məktəbli və könüllünün iştirakı ilə “Qarabağ Azərbaycandır!” flaşmobu yaradılır ki, həmin flaşmob tədbir iştirakçıları tərəfindən böyük maraq və coşğu hissi ilə qarşılanır. Tədbirdə ilk əvvəl Pirallahı RİH-nin başçısı Vasif İmanov çıxış edir və o, hər bir iştirakçıya Zəfər Günü münasibətilə təbriklərini çatdırır. Rayonun rəhbəri çıxışı zamanı qeyd edir ki, 08 noyabr günü xalqımızın taleyində və tarixində dönüş nöqtəsi oldu. Çünki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələriin Müzəffər Ali Baş Komandanı möhtərəm İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz 44 gün ərzində düşməni məğlubiyyətə uğratdı və bu günün çağdaş tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılmasına səbəb oldu. Bəli, son iki əsr ərzində itirilmiş torpaqlarımızı geri qaytaran yeganə rəhbər şəxs, müdrik dövlət başçısı cənab İlham Əliyev oldu. RİH-nin başçısı çıxışının sonunda dövlətçiliyimizin qüdrətlənməsi, çiçəklənməsi yolunda hər bir azərbaycanlıya uğurlar diləyib onu da qeyd edir ki, bu gün ölkəmizin tarixində ən şərəfli, ən əlamətdar bir gündür. Belə ki, İkinci Qarabağ müharibəsində qazanılan böyük Qələbə xalqımızın yenilməzliyinin, dövlətimizin qüdrətinin təntənəsi oldu. Çünki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə şanlı ordumuz 44 gün davam edən Vətən müharibəsində tariximizin möhtəşəm salnaməsini yaratdı. Vətən müharibəsi otuz ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızın azad olunması ilə başa çatdı. Tarixini bu möhtəşəm qələbə ilə şərəfləndirən Azərbaycan xalqı, məhz bütün dünyaya öz gücünü, haqq uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Rəşadətli ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistanın otuz illik işğalına son qoydu, məğlubiyyət damğasını üzərimizdən götürdü, torpaqlarımızı azad etdiyimizə görə biz bütün dünyada qalib dövlət, qalib xalq olaraq tanındıq. Xalqımızın intizarında olduğu bu tarixi reallığın müəllifi möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandanımız İlham Əliyev oldu.
       Bəli, İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti öz mübarizliyi ilə qəhrəmanlıq simvoluna çevrildi. Hərbçilərimiz döyüş meydanlarından bütün dünyaya göstərdilər ki, torpaq uğrunda mübarizə necə davam etdirilir. Hər bir vətən övladı igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdı və qəhrəmanlıq salnaməsini də yazdı. Bundan əlavə, 44 gün ərzində davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri də daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər də işğaldan azad olundu. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biri hesab olunur. Azərbaycanın hərb sahəsində qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından azad olunması müharibənin taleyində olduqca böyük rol oynadı. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyasını qəbul etməsi ilə nəticələndi.
     Fakt o oldu ki, Pirallahı rayonunda da 08 noyabr günü Vətən müharibəsində əldə etdiyimiz Qələbənin təcəssümü olan Zəfər Gününün ikinci ildönümünü təntənəli şəkildə keçirildi. Çünki, 44 gün davam edən və işğal altında olan ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi, məhz tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının qürur mənbəyi oldu. O da hər kəsə bəllidir ki, müharibənin davam etdiyi vaxtlarda Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi və bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Eyni zamanda Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində Azərbaycan otuz ilə yaxın müddət ərzində davam edən münaqişədə qalib tərəfə çeviridi. Artıq biz xöşbəxt xalqıq ki, indi biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və həmin torpaqlarda bundan sonra əbədi yaşayacağıq! Heç kim bizi o torpaqlardan tərpədə bilməyəcək. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!
 
Zəfər bayramımız mübarək!

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO