kanal1

50 saylı Yol İstismar İdarəsinin “kral”ı kimdir?

Tarix:16-12-2022, 10:23
Baxış Sayı:209 294



Füzuli Babayev:  “Mən təqaüddə olan şəxsəm, nəsə başa düşə bilmirəm. Mənə niyə tapşırıq verirlər?”

   Bir çox media qurumları üzərindən apardığımız jurnalist araşdırmalarından, əksər neftçalalıların danışdıqlarından  və s. bəlli olur ki, 50 saylı Yol İstismar idarəsinin əvvəlki rəisi Füzuli Babayev, vaxtilə rəhbərlik etdiyi bu idarədə əməlli-başlıca “kral üsul-idarəsi” formalaşdıra bilib. O halda sual oluna bilər ki, görəsən bu şəxs  hansı qabiliyyətin sahibidir ki, vaxtilə “Sədərək” Ticarət Mərkəzində .......  satışı ilə məşğul olmaqla yol istismar idarəsində müdir vəzifəsinə sahiblənən Füzuli Babayev, müəyyən vaxtdan sonra 50 saylı Yol İstismar idarəsində “kral üsul-idarəsi” formalaşdırır? Deməli, burada müəyyən incəliklər, əksəriyyətin bilmədikləri həssas məqamlar var ki, bu şəxs birbaşa “Sədərək”dən yol istismar idarəsinə müdir vəzifəsinə “transfer” olmağı bacarır. Bu yöndə apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, bu şəxs müdir vəzifəsinə sahibləndikdən bir müddət sonra əməlli-başlıca var-dövlətə sahib olur. Yəni, çox keçmir ki, köhnə yolları təzələmək adı altında pullar silinir, idarənin balansında olan karyerin qumu, qrabili yük maşınları ilə daşınıb imkanlı şəxslərə satılır, ticarətlə məşğul olan şəxslərin mağazalarının, yaşayış evlərinin qarşısına asfalt örtüyü döşənib pul qazanılır. Bütün bunların nəticəsi olaraq, çox keçmir ki, Füzuli Babayev oliqarx həyatı yaşayır, qısa zaman kəsiyində geniş var-dövlətə, bahalı maşınlara sahib olur, günlərini restoranlarda, ziyafət məclislərində keçirir. Söz yox ki, bu şəxs belə bir imkanın hansısa kənar şəxsin ixtiyarına keçməsinə heç cür razı ola bilməzdi. Ona görə də o, əvvəlcədən düzüb-qoşduğu, formalaşdırdığı “kral üsul-idarəsi” prinsiplərini əsas tutaraq, məhz 50 saylı Yol İstismar idarəsində müdir vəzifəsini doğma oğlu Ruslan Babayevə ötürür. Elə ki, verilmiş belə bir təyinatla bağlı hansısa ünvanda müzakirələr aparılır, o halda əvvəlki müdir Füzuli Babayev “Bilirsiniz, mənim oğlum əvvəllər Əvəz Qocayevin yanında işləyib, sonra da Əvəz müəllim məsləhət gördü və o, oğlumu bu idarəyə müdir təyin etdirdi” deyir. Düzdür, Füzuli müəllim Əvəz Qocayevə qarşı belə bir münasibətdə olsa da, onun Neftçala RİH-nin başçısına qarşı fərqli münasibətdə olduğunu, məhz dilə gətirdiyi narazılıqlardan da hiss etmək mümkündür. Məsələn, əksəriyyətə bəllidir ki, yaxın vaxtlarda ölkə rəhbərinin bu rayona rəsmi səfəri baş tutacaq. Ona görə də indidən müəyyən hazırlıq işləri görülür və Neftçala RİH tərəfindən rayon ərazisindəki idarə, müəssisə, təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar da verilir. Belə bir tapşırıq 50 saylı Yol İstismar idarəsinin bugünkü rəisi Ruslan Babayevə deyil, məhz onun atası, bu idarənin ağsaqqal rəhbəri, hal-hazırda təqaüddə olan Füzuli Babayevə verilir. Söylənilənlərə görə o, belə bir tapşırıqdan sonra “Mən təqaüddə olan şəxsəm, nəsə başa düşə bilmirəm. Mənə niyə tapşırıq verirlər?” deyərək, rayon rəhbərliyinə qarşı orda-burda giley-güzarını bildirir.
    Diqqəti bir məqama da yönəldək ki, son vaxtlar ayrı-ayrı media qurumlarında müəyyən məqalələr yayımlanır ki, guya 50 saylı Yol İstismar idarəsinin bugünkü müdiri Ruslan Babayev çevik idarəetmə bacarığına malik şəxs olduğundan, o, indiyə kimi bənzəri olmayan uğurlara imza atıb. Belə bir məqalələrin yayımlanmasına baxmayaraq, Neftçalanın bəzi sakinləri bu şəxslə bağlı fərli fikirlər səsləndirirlər və hətta, onu ara-sıra “topa tutmaq”dan da ehtiyat etmirlər. Çünki, Neftçala sakinləri ilə bərabər, Ruslan Babayevin rəhbərlik etdiyi kollektiv üzvləri daha dəqiq məlumata malikdirlər ki, bu şəxs idarəçiliyini həyata keçirərkən hansı “oyun qaydaları” oynayır, büdcə vəsaitlərini və digər əmlakları hansı yollarla “tarmar edir”. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Daha ətraflı növbəti yazımızda yayımlanacaq. Bizi izləməyi unutmayın.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO