kanal1

Su-Kanal İdarəsinin rəisi heyvandarlıq təsərrüfatında “baş bakan” vəzifəsini daşıyır? - ŞOK FAKTLAR

Tarix:21-01-2022, 14:24
Baxış Sayı:271 072

Su-Kanal İdarəsinin rəisi heyvandarlıq təsərrüfatında “baş bakan” vəzifəsini daşıyır? - ŞOK FAKTLAR


 Xeyli müddətdir ki, Qazax Su-Kanal İdarəsi rəisinin yarıtmaz idarəçiliyinin əmələ gətirdiyi fəsadlarla bağlı Atvxeber.az xəbər portalının redaksiyasına olduqca ilginc, olduqca hər kəsi şoka salabiləcək sensasion məlumatlar daxil olmaqdadır. Belə ki, rayonun bəzi sakinləri arasında dolaşan söz-söhbətlərə görə, bu dövlət qurumuna rəhbərlik edən Alı Hüseynov, uzun müddətdir ki, hər kəs tərəfindən yeyib-içən vəzifə sahibi kimi tanınır. Belə bir səbəbdən də, bu şəxs iş saatları olsa belə, yeyib-içməyindən heç də geri qalmır. Çünki, Qazax Su-Kanal İdarəsi rəhbərinin çox güclü arxa-dayağı var, o da Alı Hüseynova yaxın qohum olduğu bildirilən Azərbaycan Respublikası Baş Nazirin müavini cənab Şahin Mustafayevdir. İdarə rəisinin həm xarakterik xüsusiyyəti, həm də kənar şəxslərə qarşı davranışı haqda daxil olan məlumatlarda isə bildirilir ki, bu şəxs müxalif yönümlü şəxslərə  qarşı daha çox rəğbət göstərir. Düzdür, belə bir yanaşmanın dərinlikləri, hardan qaynaqlanması dəqiq məlumata malik olmasaq da,  bilib eşitdiyimiz həqiqət ondan ibarətdir ki, Alı Hüseynovun müxalif düşərgə olan şəxslərə xüsusi sevgisi, rğbəti var.

     Əslində, bu yöndə daxil olan məlumatların mahiyyətinə diqqət yetirmək lazımdır ki, Qazax Su-Kanal İdarəsinin rəisi Alı Hüseynovun atdığı addımlara müəyyən qiyməti vermək mümkün olsun. Söylənilənlərə görə, adı çəkilən bu şəxs daşıdığı kürsüsünə cənab Şahin Mustafayevin sayəsində yiyələnib. Belə bir bağlılığın nəticəsidir ki, idarə rəisinin hal-hazırda Qazax rayonunda Baş Nazirin müavinə məxsus təsərrüfata rəhbərlik etdiyi iddia olunur. Buna görə də, rayon ərazisində bəzi sakinlər Alı Hüseynovu ikili vəzifə sahibi olan şəxs hesab edirlər. Yəni, o, ştat cədvəli üzrə həm Qazax Su-Kanal İdarəsinin rəisi vəzifəsini daşıyır, həm də qeyri-ştat cədvəli üzrə Şahin Mustafayevə məxsus heyvandarlıq təsərrüfatında “baş bakan” vəzifəsini icra edir. Düşündürücü hal odur ki, Alı Hüseynovun iş prosesində, yəni idarəçiliyində müəyyən “sapmalar” olduqda, bir kimsə ona “güldən ağır” söz deməyə “risk etmir”.  Deməli, bu şəxs ...

Atvxeber.az

 P.S. Hörmətli oxucular! Çox yaxın günlərdə Qazax Su-Kanal İdarəsinə rəhbərlik edən Alı Hüseynovun son iki ayda qol qoyduğu qanunsuzluq əməllərindən bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi