kanal1

Şərəfli vəzifəyə yiyələnən İlkin İsmayılov bu işin müqəddəsliyini qoruyub saxlayır

Tarix:8-02-2023, 14:30
Baxış Sayı:436 786






Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi "Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin direktoru İlkin İsmayılovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

"Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin direktoru İlkin İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən İlkin İsmayılov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin direktoru İlkin İsmayılova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin direktoru İlkin İsmayılovdur.

İlkin İsmayılov 22 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində (Müalicə işi) təhsil alıb. Universitetin Onkologiya Kafedrasında internatura keçərək, 2009-cu ildə Türkiyənin Qazi Universitetinin Ümumi Cərrahiyyə fakültəsində təhsilini davam etdirib. Həmin Universitetdə Uzmanlıq elmi dərəcəsini alan İlkin İsmayılov 2016-cı ildə Gəncə Beynəlxalq Xəstəxanasında ümumi cərrah, baş həkim, daha sonra isə baş direktor vəzifəsində çalışıb. 2017-ci ildə Tibb üzrə fəlsəfə doktoru adını alıb. Hazırda Tibb Universitetinin Birinci Cərrahiyyə Xəstəliklər kafedrasının doktorantıdır. Bir sıra yerli və beynəlxalq konfrans və seminarlarda iştirak edən İlkin İsmayılov, 2021-ci ildən "Gəncə Şəhər Birləşmiş Xəstəxanası" publik hüquqi şəxsdə direktorun müavini - Abbas Səhhət adına xəstəxananın rəhbəri kimi fəaliyyət göstərib.

"Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin direktoru İlkin İsmayılov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən İlkin İsmayılov bu işin müqəddəsliyini qoruyub saxlayır. İlkin İsmayılov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

İlkin İsmayılov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

İlkin İsmayılov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

İlkin İsmayılov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

İlkin İsmayılovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

İlkin İsmayılov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

İlkin İsmayılov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə İlkin İsmayılov özünü doğruldub. Bizdə hörmətli İlkin İsmayılovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi