kanal1

Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi rəisi Əliyev Süleyman açıq-aşkar korrupsiyayla məşğuldur - İDDİA

Tarix:31-01-2022, 12:40
Baxış Sayı:281 985


Əziz oxucular!
Redaksiyamıza Horadiz rayon sakinlərinin çoxsaylı şikayət məktubları daxil olmaqdadır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Füzuli rayon Mil-Muğan Hidroqovşağı İstismar İdarəsinin rəisi Süleyman Əliyev mətbuatda onun haqqında yayımlanan tənqidləri heçə sayır. Dəfələrlə Süleyman müəllimlə bağlı şikayətləri işıqlandırsaq da, görünən odur ki, özü bu yazılardan nəticə çıxarmaq fikrində deyil.
Redaksiya olaraq Azərbaycan Su Meliorasiya və Təsərrüfatı İdarəsinin mətbuat xidmətinə məlumat vermişik, amma təəssüflər olsun ki, qarşı tərəf bir tədbir görmür, yaxud tədbir görməyə maraqlı deyil.
Belə olan halda maraqlı sual yaranır, Süleyman müəllim kimə və nəyə güvənir? Nə üçün o, ölkə başçısının etimad göstərərək sədr təyin etdiyi Meliorasiya və Su Təsərrüfatı Baş idarənin rəisi Zaur Mikayılovun yenicə başladığı fəaliyyətinə kölgə salır? 
Mətbuat orqanı kimi, bir əlacımız qalıb. Cənab Prezidentimizə müraciət edək və biz jurnalistlərin araşdırıb üzə çıxartdığımız məlumatların niyə cavabsız qalmasını rica edək.
Yuxarıda sadalanan neqativ faktorlardan açıq-aşkar məlum olur ki, korrupsioner Süleyman çirkinliklə qazandığı pulları tək mənimsəmir.
 
Mövzuya qayıdacağıq.
Bizi izləyin...
 
Elə bu şikayətlərin araşdırılması düşüncəsi ilə çıxdığımız yolda təəssüf doğuran faktlarla rastlaşdıq. Belə ki, bizi maraqlandıran suallara doğru-düzgün cavabı ancaq idarə rəhbəri verə bilər düşünürdük. Ancaq sən demə, Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi rəisi Əliyev Süleyman heç işində tapılmır. Onun hansı saatda işə gəlməsi, işdən çıxması məlum deyil.
Buradan belə qənaətə gəlmək olar ki, vaxtıykən dövri mətbuatda daim tənqid hədəfinə tuş gələn Əhməd Əhmədzadənin yerinə təyin olunan Zaur Mikayılov ya yetərincə kadrlara vaxt ayırıb maraqlanmır, ya da sözügedən neqativ hallara birbaşa şərait yaradır...
Mövzunu diqqətdə saxlayacağıq.
Bizi izləyin.
 
"qaynar-xett.az”

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi