kanal1

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyev, bölgədə böyük nüfuz sahibi olan vəzifə sahibidir

Tarix:18-04-2023, 16:16
Baxış Sayı:1 527 321



Bu şəxsin fəaliyyətində əsas istiqamət, başlıca məqsəd, məhz yaşadığımız cəmiyyətdə sosial-mənəvi mühitin saflığını təmin etməkdir, əxlaqi dəyərlərimizin qorunmasına nail olmaqdır

     Məlumdur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Prezident İlham Əliyevin 06 yanvar 2014-cü il tarixli Sərəncamı əsasında "Şöhrət" ordeni ilə təltif olunan, tarix üzrə fəlsəfə doktoru cənab Mübariz Qurbanlının rəhbərlik etdiyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, bu gün dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunmasını, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Qeyd edək ki, 1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra, dinə və ölkəmizdə fəaliyyət göstərən fərqli dini konfessiyalara, icmalara və s. münasibəti müəyyən etmək, qarşıda duran əsas vəzifələrdən biri idi.  Elə ki, 1993-cü ildə Ümumilli Lider Heydər Əliyev xalqının təkidli tələbi ilə hakimiyyətə gəldi, məhz həmin vaxtlardan başlayaraq dövlət quruculuğu prosesinin tərkib hissəsi olaraq dövlət-din münasibətləri sisteminin əsas prinsipləri müəyyən olundu və bu sahəni tənzimləyən mükəmməl qanunvericilik bazası yaradıldı. Faktdır ki, Ulu Öndər Heydər Əliyevin dövlət-din münasibətlərinin tənzimlənməsində əvəzsiz rolu var və dünya şöhrətli siyasətçinin ən böyük xidmətlərindən biri də, 21 iyun 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu. Elə ki, qeyd olunan tarixdə bu dövlət qurumu fəaliyyətə başlayır, o halda onun qarşısına dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirmək, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət etmək, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətini əlaqələndirmək və digər zəruri addımları atmaq qoyulur. İllər keçdikcə bu dövlət qurumunun fəaliyyət sahəsi daha da genişlənir və bu Komitə, məhz ölkəmiz üçün əsas strateji əhəmiyyət kəsb edən, xüsusi rola malik olan bir quruma çevrildi. Belə bir səbəbdən də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 09 fevral 2018-ci il tarixli Sərəncamı ilə, xalqımızın tarixi ənənələrinə söykənən, həmçinin dini-mənəvi mühitin qorunub saxlanmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə, bu dövlət qurumunun tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılır. Artıq bu təhsil ocağında müasir dünyamızda gedən prosesləri mükəm­məl bilən, qabaqcıl düşüncəyə malik olan, elmlə dinin qarşılıqlı əlaqəsini təhlil etməyi bacaran, İslamda vəhdəti təbliğ və təşviq edən, məzhəb ayrı-seçkili­yinə yol verməyən  yüksək səviyyəli kadrlar hazırlanır və tələbələr ödənişsiz əsas­larla təhsil alırlar. 

     Unutmaq olmaz ki, Azərbaycan Respublikası müxtəlif mədəniyyətlərin, sivilizasiyaların, din­lərin qovuşduğu, eyni zamanda Şərq ilə Qərb ara­sında körpü rolunu oynayan bir məkanda yerləşdiyindən, bu ərazilərdə yaşayan əhalinin di­ni-etnik tərkibinin və dini inanclarının formalaşmasında bizim ölkə hər zaman mühüm rol oynamış­dır. Tarixi mənbələr də sübut edir ki, Azərbaycan xalqı hər zaman digər xalqların və dinlərin nümayən­dələrinə qarşı tolerantlıq nümayiş etdirmiş və onların arasında daim dostluq münasibətləri, birgəyaşayış mövcud olmuşdur. Bəli, bu gün də hər kəs canlı şəkildə şahiddir ki, ölkəmizdə milli, irqi və dini zə­mində heç bir ayrıseçkiliyə yol verilmir, xalqımız tolerant və multikultural dəyərləri hər zaman öndə tutur. Söz yox ki, indiki vaxtda, yəni qloballaşma ilə bağlı çağırışların vüsət aldığı indiki dövrdə milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin və s. qorunub saxla­nılması və digər addımların atılması hər kəsdən mənəvi məsu­liyyət tələb edir.

     Bəli, faktdır ki, hal-hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə, ölkəmizin şəhər və rayonları­nda dini maarifləndirmə təbliğatı həyata keçirilir və dini vəziyyətə təsir edə biləcək hər cür neqativ halların aradan qaldırılması üçün, kompleks tədbirlər də görülür. Burada əsas məqsəd, xalqımıza məxsus milli-mənəvi dəyər­ləri və s.-ni qoruyub saxlamaqdır. Hal-hazırda ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədədir və dini sahədə sabitlik lazımi səviyyədə qorunub saxlanır. Belə bir səbəbdəndir ki, hal-hazırda Azərbaycan dünyada multikulturalizmin inkişaf etdi­yi ölkə olaraq tanınır və bu yöndə böyük nüfuza malikdir. Fəxrlə qeyd edə bilərik ki, bu gün demokratik dəyərlərdən biri kimi təbliğ olunan dini dözümlülük, xalqımızın əsrlər boyu for­malaşan və çoxlarına örnək ola biləcək səciyyəvi xüsusiyyətidir. Faktdır ki, multikultural və tolerant ənənələrin qorunması hər zaman Prezident İlham Əliyev tərəfindən diqqətdə saxlanılır. Bu gün də ölkəmizdə dinlərarası və mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verilir və dünyada sülhün, sabitliyin təmin olunması yolunda, bu mühüm amil əsas vasitələrindən biri kimi dəyərləndirilir.

    Qeyd edək ki, bu gün geniş ictimaiyyət arasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qarşısında duran vəzifələrin yerinə yetirilməsində, bu Komitənin Tovuz rayon şöbəsinə rəhbərlik edən Rasim Nağı oğlu Tağıyevin də xüsusi rola malik olduğu bildirilir. Redaksiyamıza daxil olan məlumatlardan, bəzi Tovuz rayon sakinlərinin danışıqlarından, ümumiyyətlə ölkəmizin qərb bölgəsində dolaşan söz-söhbətlərdən aydın olur ki,  Rasim Tağıyev bir qədər gənc olsa da o, olduqca savadlı, peşəkar, qayğıkeş, hər kəsə qarşı səmimi münasibət sərgiləməyi bacaran, üzərinə düşən vəzifəsinin öhdəsindən layiqincə gələn vəzifə sahibidir. Bəli, Rasim Tağıyev kifayət qədər potensiala, lazımi göstəricilərə, yüksək mənəvi əxlaqa və s. sahib olan şəxs olduğundan, hal-hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edən cənab Mübariz Qurbanlı, məhz zamanında bu şəxslə bağlı verilən təyinata etiraz etmir. Unutmaq olmaz ki, bu Komitənin Tovuz rayon şöbəsinə rəhbərlik etmək, məhz Rasim Tağıyevdən də böyük məsuliyyət və lazımi işgüzarlıq tələb edir. Ona görə də o, bu gün də yorulmaq bilmədən çalışır ki, ötən müddət ərzində olduğu kimi, bundan sonra da rəhbərliyin etimadını doğrultmağı bacarsın. Tovuz rayon sakinlərindən əldə etdiyimiz başqa bir məlumatlara görə, bu şəxs xaraktercə sadə təbiətlidir, qayğıkeşdir, zaman-zaman özündə yüksək insani münasibətləri cəmləşdirdiyindən, ona qarşı yerli sakinlər arasında böyük hörmət, ehtiram və dərin rəğbət hissi formalaşıb. Bütün bunlar onu söyləməyə əsas verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin başlıca amalı, hər zaman olduğu kimi, bu gün də bağlı olduğu xalqına, sevdiyi vətəninə, doğma el-obasına layiqincə xidmət göstərməkdir. Bəli, bugünkü gündə onun kimi peşəkar, savadlı, bacarıqlı, xalqını sevən, dövlətinə bağlı olan şəxslərin  üzərinə çox böyük məsuliyyət yükü düşür. Hər kəs tam şəkildə əmin ola bilər ki, bu şəxsin xalq-dövlət qarşısında göstərdiyi xidmətlər indiyə kimi lazımi səviyyədə qiymətləndirilib, yəqin ki, bundan sonra da ən yüksək səviyyədə qiymətləndiriləcək. Qeyd edək ki, Rasim Tağıyevin fəaliyyətində əsas istiqamət, başlıca məqsəd, məhz yaşadığımız cəmiyyətdə sosial-mənəvi mühitin saflığını təmin etməkdir, əxlaqi dəyərlərimizin qorunmasına nail olmaqdır və onların hər birinin gələcək nəsillərə ötürülməsini təmin etməkdən ibarətdir. Bütün bunlar onu söyləməyə əsas verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinə rəhbəri yüksək mənəvi əxlaqa, tam əksəriyyətə nümunə ola biləcək saflığa malik şəxs olduğundan, bu gün onun atdığı hər addım bölgə sakinlərinə mənəvi stimul verir. Odur ki, bu şəxsin ünvanına ifadə olunan hansısa qarayaxma, heç zaman keçərli ola bilməz. Çünki, “Elin gözü tərəzidir” deyiblər. Odur ki, el-oba hər şeyi görür, atılan hər addıma öz qiymətini verir.

    Bəli, bu gün hər kəs onu təsdiq edə bilər ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətləri, hal-hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin rəhbəri Rasim Tağıyevin və digər vəzifə sahibi olan şəxslərin sayəsində qorunub saxlanır, dini sahədə də sabitlik və əmin-amanlıq hökm sürür. Faktdır ki, hal-hazırda bu şəxs möhtərəm Prezidentin həyata keçirdiyi siyasətə dəstək verməyi, dindən digər məqsədlər üçün istifadə edənlərə qarşı ardıcıl mübarizə aparmağı özü üçün əsas borc bilir.

Elxan

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi