kanal1

İsmayıllı RİH-nin başçısı möhtərəm Prezidentin inandığı, etibar etdiyi vəzifə sahiblərindəndir

Tarix:22-06-2023, 12:07
Baxış Sayı:131 206

Artıq hər günün axşam saatlarında şəhid ailəsinin üzvləri, qazilər, müharibə veteranları və imtiyaz sahibi olan digər şəxslər, bu istirahət mərkəzində heç bir xərcə düşmədən rahat istirahət edə bilirlər

    Məlumdur ki, Azərbaycan Respublikasının inzibati-ərazi vahidlərindən biri olan İsmayıllı rayonu 24 noyabr 1931-ci ildə yaradılmışdır və bu rayonun mərkəzi İsmayıllı şəhəridir. 01 yanvar 2021-ci il tarixə olan məlumata görə əhalisinin sayı təqribən 87 867 nəfər olan İsmayıllı rayonunun tərkibinə 1 şəhər (İsmayıllı), 2 şəhər tipli qəsəbə (Lahıc və Basqal) həmçinin 106 kənd daxildir. Ümumi sahəsi 2074 km² olan İsmayıllı rayonu, hal-hazırda sahəsinə görə Azərbaycan Respublikasının rayonları sırasında (Kəlbəcər, Quba və Şəki rayonlarından sonra) 4-cü yerdədir və bu rayonun mərkəzi olan İsmayıllı şəhəri, 14 yanvar 1967-ci ildə şəhər statusu almışdır. Böyük Qafqazın cənub ətəklərində yerləşən İsmayıllı rayonu altı rayonla həmsərhəddir. Yəni, bu rayon şimaldan Quba rayonu, şimal-şərqdən Şamaxı rayonu, cənub-şərqdən Ağsu rayonu, cənubdan Kürdəmir rayonu, cənub-qərbdən Göyçay rayonu, qərbdən və şimal-qərbdən isə Qəbələ rayonu ilə əhatə olunub.

    Onu da bildirək ki, İsmayıllı rayonu zaman-zaman Respublikamızın dövlətçilik tarixində xüsusi rol oynayan rayonlardan biri olmuşdur. Buna müxtəlif amillərin varlığı və baş verən bir çox ictimai-siyasi proseslər səbəb olmuşdur ki, bu da son anda İsmayıllı rayonunun adının dillər əzbəri olması ilə nəticələnmişdir. Bütün bunlardan əlavə, ötən illər ərzində adı çəkilən bu rayonun dövlətçiliyimizin qorunub saxlanması yöndə oynadığı rol, buraxdığı silinməz izlər və s. heç də yaddaşlardan silinməyib. Hal-hazırda tam əksəriyyətin nəzər-diqqəti yenə də bu rayona yönəlir və bu rayonda baş verən proseslər, əldə olunan naliyyətlər, hansısa nöqsanlar, bəzi problemlər və s. müzakirə obyekti olur. Qeyd edək ki, 05 mart 2020-cil tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Bağırov Nahid Rza oğlu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Bəli, bu təyinatdan sonra yerli sakinlər arasında belə bir fikir formalaşır ki, artıq İsmayıllıda yeni bir mərhələnin, daha dəqiq desək əsaslı inkişafın başlanğıcı qoyuldu. Çünki, cənab Nahid Bağırovun həyat və fəaliyyətinə diqqət yetirdikdə bəlli olur ki, bu şəxs ötən illər ərzində vətənpərvərlik ideyalarına sadiq olduğunu əməli addımları ilə sübuta yetirən, ölkə rəhbəri İlham Əliyev cənablarının yürütdüyü siyasi kursun müdafiə olunmasında əzmkarlıq nümayiş etdirən vəzifə sahiblərindən biridir.

    İndi isə toxunacağımız mövzu yenə də İsmayıllı rayonu ilə bağlıdır. Qeyd edək ki, bu rayonun Aşıqbayramlı kəndi ərazisində su anbarı var və bu anbar rayonun İsmayıllı Rayon Suvarma Sistemləri İdarəsinin tabeliyindədir. Əldə etdiyimiz məlumatlara görə, xeyli müddət bundan öncə bu anbarda vəziyyət olduqca acınacaqlı duruma düşür və anbarın suyu tamamilə quruyub qurtarmaq təhlükəsi ilə üzüzə qalır. Təqribən bir ilə yaxın müddət olar ki, İsmayıllı rayon SSİ-nə Elşad Quliyev rəis təyin olunur. Bu şəxs SSİ-nə rəis təyin olunduqdan sonra o, cavabdehlik daşıdığı sahədə bir çox yeniliklərini həyata keçirir. Yəni, rayona məxsus çayların və çay yataqlarının qorunması, göllərin qurumasının qarşısının alınması, yaşıllıqların mühafizəsinin təşkil olunması və s. kimi işlərlə bağlı bir çox addımlarını atır. Bəli, Elşad Quliyevin bu yöndə atdığı addımlardan biri də, Aşıqbayramlı kəndi ərazisindəki su anbarında suyun quruması təhlükəsinin aradan qaldırılması olur. Yəni, bu su anbarı su ilə doldurulur və bununlada təhlükə sovuşur.

 


Elə ki, İsmayıllı RİH-nin başçısı cənab Nahid Bağırov görülən işlərdən xəbərdar olur, su anbarında ümumi durumun dəyişdiyini görür, o halda o, belə bir tapşırığını verir ki, yaxın ərazidə yaşayan sakinlərin, şəhid ailəsi üzvlərinin, qazilərin, müharibə veteranlarının və imtiyaz sahibi olan digər şəxslərin isti yay günlərində rahat istirahət etmələri üçün, Aşıqbayramlı kəndi ərazisindəki su anbarının yaxınlığında istirahət mərkəzi inşa olunsun. Bəli, çox keçmir ki, bu yöndə addımlar atılır və lazımi şəraiti olan istirahət mərkəzi inşa olunur. Qeyd edək ki, bu istirahət mərkəzinin yaradılması ilə bağlı ilk təşəbbüs RİH-nin başçısından gəlir, ümumi işlərin gedişinə nəzarəti isə, SSİ-nin rəisi həyata keçirir. Düzdür, hər iş müəyyən zəhmət tələb etdiyindən, bu istirahət mərkəzinin ərsəyə gətirilməsi də müəyyən zəhmət tələb edir. Artıq hər günün axşam saatlarında şəhid ailəsinin üzvləri, qazilər, müharibə veteranları və imtiyaz sahibi olan digər şəxslər, bu istirahət mərkəzində heç bir xərcə düşmədən rahat istirahət edə bilirlər. Yəni, onlara bu ünvanda isti çay, kofe və dondurma verilir və bu istirahət mərkəzi elə bir gözəl və səfalı məkanda yerləşir ki, insanlar gözəlliyə baxdıqca, sanki özözlüyündə heyran olurlar. Onu da qeyd edək ki, bu istirahət mərkəzində heç bir spirtli içki verilməsindən, satışından söhbət gedə bilməz.

     Diqqəti bir məqama da yönldək ki, son vaxtlara qədər İsmayıllı rayonunun əksər meşə zolaqlarında bəzi işbazlar əraziləri özbaşına zəbt edərək, həmin yerlərdə özləri üçün restorantipli kafelər açırlar. Həmin kafelərin sahibləri təbiətə ölçyəgəlməz həddə ziyan vururlar, hətta elə hallar da olur ki, onlar işlətdikləri obyektlərdə qadınların cinsi istismarına şərait də yaradırlar. Bu gün isə rayon rəhbərliyi bu cür düşüncə və əməl sahiblərinə qarşı qətiyyətli addımlarını atmaqda davam etməkdədir. Təəssüf hissi ilə qeyd edək ki, 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunan cənab Nahid Bağırovun bu yöndə atdığı addımlar, hal-hazırda bəzi işbazlar tərəfindən heç cür həzm olunmur. Yəni, kar və kor düşüncə sahibi olan həmin işbazlar, əvvəllər bağlı olduqları bəzi yaltaq, çoxsifətli, əqidə satqınlığı ilə ad çıxaran bəzi jurnalistlərin əməyindən yararlanaraq, bu gün də rayon rəhbərliyinə qarşı “qara piar” kompaniyasını davam etdirməkdədirlər. Bu cür addımlar nəinki işbazların, hətta həmin işbazlara “züy tutan” jurnalistlərin də iç üzünü açır və onların hansı əməl və amal sahibi olmaları hər kəsə bəlli olur.

Unutmaq olmaz ki, cənab Nahid Bağırov icra başçısı olduğu müddətdən rayonun bütün sahələrində yenidənqurma işləri davam etdirilir. Sözsüz ki, atılan addımlar bir daha onu sübut edir ki, İsmayıllı RİH-nin başçısı möhtərəm Prezidentin etibar etdiyi, etimad göstərdiyi vəzifə sahiblərindən biridir. Düşünürük ki, bu şəxs atdığı addımları ilə İsmayıllı rayonunun tarixində silinməz izlər buraxacaq və adını hər kəsin yaddaşına qurucu və yaradıcı şəxs olaraq həkk etdirəcək. Ən əsası, yerli sakinlərin üz-üzə qaldıqları çoxsaylı problemlərin, həllini gözləyən bir çox məsələlərin, qarşıda duran əsas vəzifələrin həlli yöndə lazımi addımlarını atacaq. Yerli sakinlərdən əldə etdiyimiz məlumatlara görə, RİH-nin başçısı indiyə kimi əldə etdiyi iş təcrübəsini, çevik idarəçilik bacarığını bu gün də İsmayıllı rayonuna məxsus problemlərin həllinə yönəldir və atılan addımları hər kəs də görür. Bütün bunların nəticəsidir ki, hal-hazırda hər bir İsmayıllı rayon sakinində gələcəyə ümid, böyük inam hissi formalaşıb.









































Rafael Şəkixanov,
Azərbaycan Jurnalistlər birliyi və Azərbaycan Yazıçılar İttifaqının üzvü,
"Qızıl Qələm" mükafatı laureatı

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO