kanal1

Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsində əməlli başlı bazar açılıb

Tarix:3-07-2023, 13:01
Baxış Sayı:234 774




Ucar rayon sakinləri tərəfindən
 
ŞİKAYƏT 
 
Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsində əməlli başlı bazar açılıb. Digər meroqailərələ müqayisədə burada qiymətlər kəllə-çarxa çıxıb.Buna görə bura gələn rayonların sakinləri soyulurlar çox əziyyət çəkirik.
Bu vəziyyət isə Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinə Cavanşir Vəliyev rəis təyin olunandan sonra baş verdi.Adam deyir ki, burada mən Bağdadda kor xəlifə.
Sürücülük vəsiqəsi almaq üçün 1400 manat rüşvət verilməlidir, avtomobilin qeydiyyatı 600 manat, texniki baxış kiçik avtomobillər 100, yük maşınları 200 manat edilir.Nömrə, sürücülük vəsiqəsinin dəyişdirlməsi 200-300 arası.
Texniki baxışdan avtomobil gətirilmədən keçirmək üçün kişik avtomobillər 200 böyüklər isə 400 manat təşkil edir.
Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinin rəisi Cavanşir Vəliyevin milyonlarla manat dəyərində olan malikanələri, ticarət obyektləri, yanacaq doldurma məntəqəsi, şadlıq evi və bahalı avtomobilləri var.Təkcə Bakı şəhərində 14 yerdə mənzili, Qəbələdə, Qaxda, Qubada və Göyçayda villası var.Cavanşir Vəliyev əslən Göyçayın Qarabaqqal kəndindəndir.İki böyük mal-qoyun ferması var ki, hər birində 3000 baş qoyun və inəklər saxlanılır.
 
Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsinə gedən şəxsləri ilk olaraq Cavanşir Vəliyevin özü ilə Göyçaydan gətirdiyi dəllallar qarşılayır.Qiyməti onlar oxuyub pulu alıb korrupsiya əməliyyatını həyata keçirirlər.
 Rüsumların həddən artıq  şişirdilməsinə etiraz edənlərin isə avtomobilllərinə qanunsuz əngəllər yaradırlar.Gah deyilr ki, mühərrik nömrəsi düz deyil, avtomobilin ban nömrəsi dəyişdirilib, rəngi düz gəlmir maşında şübhə var.Bu yolla avam insanları aldadıb istədikləri pulu ala bilirlər.Cavanşir Vəliyev sanki dövlət idarəsini özəlləşdirib bazar edibdir.
Vətəndaşlar çox əziyyət çəkirlər və açıqca şəkildə soyulurlar. 
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində yüksək nizam-intiza olduğu halda Cavanşir Vəliyevin dövlət idarəsini bazara döndərməsi yolverilməz bir haldır.
Hörmətli Nazir cənab Vilayət Eyvazovdan xahiş edirik bu problemə diqqət edib Cavanşir Vəliyev barədə tədbirlər görsün.
 
 
İmza; Əliyev Zaur Qorxmaz oğlu 
 Cəbrayılov Tural Malik oğlu 
Seyidov Sadiq Əhməd oğlu 
Babayev Akif Gülağa oğlu
Məmmədov Rasim Kamil oğlu 
Əhmədov Cavid Nazim oğlu 
Qasımov Qabil Mobil oğlu


Yevlax rayonlararası Qeydiyyat İmtahan və Texnixi Baxış Şöbəsində əməlli başlı bazar açılıb

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi