kanal1

Xəbər portalının rəhbəri atılan addımları yüksək qiymətləndirir

Tarix:27-07-2023, 09:42
Baxış Sayı:106 236




Son bir neçə ildir ki, ölkəmizin Daxili İşlər Nazirliyinə tabeli dövlət qurumlarında həyata keçirilən islahatlar hər kəsin diqqətini cəlb etməkdədir. Bəli, bu qurum müstəqil Azərbaycan Respublikasının əsas dövlət sütunlarından biri hesab olunur, eyni zamanda daxili işlər orqanı əməkdaşlarının atdıqları addımlar, bu gün də hər kəs tərəfindən ən yüksək səviyyədə qiymətləndirilir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 20 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncam əsasında, cənab Vilayət Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olundu. Faktdır ki, belə bir təyinatdan sonra Nazirliyin bütün tabeli qurumlarında fərqli ab-hava əmələ gəldi və  ötən 4 il 1 ay ərzində  bu yöndə lazımi addımlar atıldı və oxşar addımlar yenə də atılmaqda davam edir. Bəli, bütün bunların nəticəsidir ki, bir neçə gün bundan öncə Atvxeber.az xəbər portalının baş redaktoru Aqil Qaraşovun, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsini əhatə edən ərazilərdə ara-sıra baş verən oğurluq hadisələri ilə, həmçinin narkotik maddələrdən istifadə edən şəxslərin atdıqları addımlarla bağlı DİN-nə ünvanladığı müraciəti, çox keçmir ki, öz nəticəsini verir. Yəni, adı çəkilən həmin küçənin əhatə etdiyi ərazilərdə yerləşən yaşayış binalarının həyət-bacasında həm oğurluq hadisələrinin baş verməsi, həm də narkotik maddə istifadəçilərinin yaşayış binalarının qarşısındakı parkların oturacaqlarında əyləşmələri, hətta yuxulayıb yatmaları və s., sözsüz ki, bina sakinlərini daha çox narahat edən məsələlərdən biri idi.  Belə bir səbəbdən də, Aqil Qaraşovun DİN-nə ünvanladığı müraciəti əsasında çox keçmir ki, Asif Məhərrəmov küçəsini əhatə edən ərazilərdə 19-cu polis bölməsinin rəisi və bu qurumda çalışan bəzi əməkdaşlar xüsusi əməliyyat keçirirlər. Hətta, keçirilən əməliyyat zamanı polis əməkdaşları bir neçə şəxs barəsində lazımi cəza tədbirləri də tətbiq edirlər. Əldə etdiyimiz məlumatlara görə, keçirilən əməliyyat zamanı cinayət axtarış işləri üzrə baş əməliyyat müvəkkili, polis mayoru Kamal Əsgərov xüsusilə fərqlənir. Söz yox ki, qeyd olunan ərazidə həyata keçirilən tədbirə və əldə olunan nəticəyə görə, müraciət müəllifi, Atvxeber.az xəbər portalının baş redaktoru DİN-i, polis general-polkovniki cənab Vilayət Eyvazova,  DİN-nin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı cənab Elşad Hacıyevə və Nəsimi RPİ-nin 19-cu polis bölməsinin hər bir əməkdaşına dərin təşəkkürünü çatdırmağı da unutmur. Bu da onu söyləməyə əsas verir ki, Azərbaycan polisi hər bir vətəndaşın qayğısına qalır və vətəndaşın təhlükəsizliyini təmin etmək, məhz bu gün də polis əməkdaşlarının əsas vəzifə borclarından biri hesab olunur. Yaşasın Azərbaycan polisi!
ATVxeber.az

Bərdə Rayonunun Uğurlu İnkişafına Rəhbərlik Edən İcra Hakimiyyətinin Başçısı – Vidadi İsayev
Bərdə Rayonunun Uğurlu İnkişafına Rəhbərlik Edən İcra Hakimiyyətinin Başçısı – Vidadi İsayev
Həyat bəxş edən əllər – Mehriban Yunusovanın peşəkarlığı
Həyat bəxş edən əllər – Mehriban Yunusovanın peşəkarlığı
Bərdə şəhər 7 nömrəli tam orta məktəbi – Təhsildə Uğur və İnkişafın Ünvanı
Bərdə şəhər 7 nömrəli tam orta məktəbi – Təhsildə Uğur və İnkişafın Ünvanı
Xəyal müəllimin rəhbərliyi ilə Yevlax rayon Aran qəsəbəsində abadlıq və sosial rifah işləri genişlənir - FOTOLAR
Xəyal müəllimin rəhbərliyi ilə Yevlax rayon Aran qəsəbəsində abadlıq və sosial rifah işləri genişlənir - FOTOLAR
İlaxır çərşənbədə 30° isti olacaq
İlaxır çərşənbədə 30° isti olacaq
Bayram namazının qılınacağı tarix açıqlandı
Bayram namazının qılınacağı tarix açıqlandı
Almaniya Prezidenti Azərbaycana səfər edəcək
Almaniya Prezidenti Azərbaycana səfər edəcək
“ASAN xidmət” bu tətil günlərində işləyəcək
“ASAN xidmət” bu tətil günlərində işləyəcək