kanal1

29 il öncə Köçəryan və Babayan Xankəndində “bayraq”-“gerb” mərasimində… - VİDEO

Tarix:17-10-2023, 15:30
Baxış Sayı:122 168



Sosial şəbəkələrin erməni seqmentində 29 il öncə- 1994-cü ildə Azərbaycan Respublikasının Xankəndi şəhərində 1991-ci ildən Rusiya imperiyasının dəstəyi ilə qondarılmış separatçı-terrorçu hayk rejiminin üzdəniraq “gerbi”nin və əski parçasının şəhərin əsas inzibati binasının üzərinə vurulmasını əks etdirən video-görüntülər yayılıb.

Moderator.az xəbər verir ki, həmin görüntülər “@Artsakh_24” teleqram-kanalı tərəfindən paylaşılııb.

Görüntülərdən bəlli olur ki, o zaman artıq müstəqil(!) olan Azərbaycan Respublikasının Konstitusiya quruluşu, suverenliyi və ərazi bütövlünə qarşı yönəlmiş mərasimin əsas fiqurları o dövrdə separatçı-terrorçu xuntanın başçısı olan Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryan və elə həmin ildə - 1994-cü ilin mayında Bişkekdə rejimin “müdafiə naziri” kimi Azərbaycanla “atəşkəs” müqaviləsinə imza atmış Samvel Babayandır... Onlar və digərləri bu “qələbə”lərinə görə badə qaldırıb tost deyir, danışıb-gülürlər.
Çox güman ki, keçmiş vilayət partiya komitəsinin binasına “gerb” və əski parçası məhz “atəşkəs” rejimi bərqərar olduqdan sonra vurulub...

P.S. Allaha şükürlər olsun ki, Azərbaycan dövlət başçısı, nəhayət, 29 il sonra işğal edilmiş digər şəhərlərimizdə olduğu kimi, Xankəndindəki bu əski parçası və “gerbi” də düşürdüb yerinə Azərbaycan rəmzlərini vurdurdu... Amma təəssüf ki, 1988-ci ildən bəri Qarabağ münaqişəsini başlatmış və torpaqlarımızın işğalında, o cümlədən Xocalı qətliamında iştirak etmiş əsas “KQB”-“FSB” agentlərindən olan Robert Köçəryan İrəvanda azadlıqda gəzir, general Samvel Babayan isə Azərbaycan dövlət sərhədini müəmmalı şəraitdə keçərək Ermənistanda müsahibələr verir. Sözsüz ki, hazırda belə düşmən fiqurlarını himayə edən Kreml, o cümlədən imperiyanın hazırkı lideri, R.Köçəryanın pivə dostu V.Putindir...

<embed src="https://vk.com/video_ext.php?oid=-199990589&id=456244711&hash=2076d3a05bd5c63f" width="640" height="360" frameborder="0" allowfullscreen="1" allow="autoplay; encrypted-media; fullscreen; picture-in-picture"></embed>

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi