kanal1

Azərbaycanda 18 tələbə dönərdən zəhərləndi

Tarix:11-10-2024, 10:40
Baxış Sayı:75 848

Azərbaycanda 18 tələbə dönərdən zəhərləndi


Qazaxda 18 tələbənin zəhərləndiyi bildirilib.

"Report" məlumatına görə, Bakı Dövlət Universitetinin Qazax filialının 18 tələbəsinin bufetdə dönərdən zəhərləndiyi qeyd olunub.

Zəhərləndiyi bildirilən tələbələr aşağıdakılardır:

Sabirabad rayon sakini Ö. Rüstəmov (2003-cü il), Tovuz rayon sakinləri F.Rzayeva (2007) və İ.Niyazova ( 2001), Gəncə şəhər sakini F.Süleymanova (2007), Yevlax rayon sakini F.Nəsibova (2005), Ağstafa rayon sakinləri Ş.Məmmədova (2005) və N.Hacıyev (2005), Daşkəsən rayon sakini C.İsrafilov (2005), Mingəçevir şəhər sakini S.Əliyeva (2007), Şəmkir rayon sakini N. Əmirova (2004), Beyləqan rayon sakini R.Mədətov (2004), Ağcabədi rayon sakini M.Qasımova (2005), Şamaxı rayon sakini N.Məlikov (2003), Qazax şəhər sakini R.Məmmədli (2006), Gədəbəy rayon sakini G.Bağırova (2005), Kəlbəcər rayon sakini M.Şahbazov (2005), Goranboy rayon sakinləri O.Cəfərov (2004) və A.İsgəndərova (2005).

Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra tələbələr evə buraxılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA)  bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb, nəticələrlə bağlı məlumat veriləcək.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi