kanal1

Dostuna zarafat etdi, polisə çağırıldı - Açıqlama

Tarix:10-02-2025, 11:35
Baxış Sayı:72 223

Dostuna zarafat etdi, polisə çağırıldı - Açıqlama


Azərbaycanda dostuna zarafat edən şəxs polisə çağırılıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Belə ki, bir nəfər başqa bir nömrədən səsini dəyişdirərək, dostuna zəng edib və özünü polis əməkdaşı kimi təqdim edib. Zarafat edən şəxs qarşı tərəfə tarix deyərək onun polis bölməsinə çağırıldığını söyləyib.

Aldadılan şəxs isə vəziyyətdən xəbərsiz olduğundan ona zəng edən dostunu Daxili İşlər Nazirliyi zəng mərkəzi 102-yə şikayət edib. Nəticədə hər iki şəxs polis bölməsinə çağırılıb.

Paylaşım edən şəxs zarafat edənin hüquqi baxımdan məsuliyyət daşıyıb-daşımadığını sual edib.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan hüquqşünas Səməd Vəkilov məsələyə aydınlıq gətirib. 

"Həmin şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM)  310-cu maddəsinin yəni vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayətinin tərkib əlamətləri vardır. Maddəyə əsasən, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə nəzərdə tutulur. Bu cinayətə görə şəxslər 1500(min beş yüz) 3000(üç min) manatadək miqdarda cərimə və ya 240(iki yüz qırx) saatdan 400 (dörd yüz) saatadək müddətə ictimai işlər və ya 2 (iki) ilədək müddətə islah işləri, eləcə də 3(üç) ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin CM-in 14.2.-ci maddəsinə əsasən, cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, az əhəmiyyətli olduğuna görə, ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Bu maddənin tələblərini nəzərə alsaq, həmin şəxs polis xəbərdarlığı ilə cinayət məsuliyyətindən azad oluna bilər", - deyə o əlavə edib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi