kanal1

“İstənilən adamın telefonuna girə bilərdik” - DTX-nin həbs etdiyi

Tarix:5-03-2025, 08:47
Baxış Sayı:72 369

“İstənilən adamın telefonuna girə bilərdik” - DTX-nin həbs etdiyi


Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan, kompüter məlumatlarını qanunsuz ələ keçirməkdə təqsirləndirilən Tural Əliyevin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı səsləndirilib.

İttihama görə, “Zeromap” MMC-nin icraçı direktoru olan təqsirləndirilən şəxs 2021-2024-cü illərdə proqramlar yaradıb, onların vasitəsilə qanunsuz işlərini həyata keçirib. O, fiziki və hüquqi şəxslərin mobil telefonlarına müdaxilə edib.

Bununla yanaşı, Tural Əliyev 22 dekabr 2022-ci ildə İsrail dövlətinə məxsus şirkətlərin hamıya açıq olmayan məlumtlarına giriş əldə edib. Eyni zamanda, o, ABŞ-də yerləşən şirkətlərin də məlumatlarını əldə edib.

Prosesdə daha sonra təqsirləndirilən şəxs ifadə verib.

O, ifadəsində ittiham aktına münasibət bildirərkən qeyd edib ki, cinayət işi üzrə özünü qismən təqsirli bilir:

“Proqramı yaratmışam, amma sınağı öz telefonum üzərində etmişəm. Digər epizodlara gəldikdə isə mən nüfuz qazanmaq üçün etmişəm. İsraildə, ABŞ-də yerləşən şirkətlərin məlumatlarına giriş etməkdə niyyətim onlardan istifadə etmək olmayıb. Nəyisə əldə etmək üçün əlaqə qurmalısan. Əlaqə qurduqdan sonra nüfuz, etibar qazanmalısan. Bunu etmək üçün də mən həmin işi həyata keçirdim və müəyyən yerlərdə paylaşdım. Bunun qarşılığında az miqdarda pul da almışam. Sistemi yoxlayırdım. Uğurlu olduqdan sonra həmin proqramı Azərbaycanda aidiyyəti orqanlara təqdim edəcəkdim. Sınaqdan keçirmədən təqdim etsəydim onu qəbul etməyəcəkdilər. Bunun da Azərbaycan qanunvericiliyində cinayət olduğunu bilmirdim. Mən dəfələrlə “Google”, “Facebook”dan 3 min, 5 min dollar mükafat almışam. Onlar özləri elan edirlər ki, boşluğu tapan şəxsə mükafat veriləcək”.

Hakimin “Bütün cihazları ələ keçirmək mümkündürmü” sualına cavab olaraq təqsirləndirilən şəxs bildirib ki, telefonun, kompüterin daxilindəki məlumatları əldə etmək çox asandır:

“Mən o proqramları yaratsam belə heç kimin telefonuna daxil olmamışam. Sınağı öz telefonum üzərində etmişəm. Daxil olmaq istədikdə isə sistemə görə fərqlənir. Mən Azərbaycanda da bir şirkətin kompüter sistemində boşluq tapıb daxil olmuşam, amma heç nə etməmişəm. Onu da bildirim ki, vatsap, teleqram üzərindən sizə göndərilən şəkili açmaq, İOS üzərindən mətn mesajına daxil olmaqla cihazı ələ keçirmək mümkündür”.

Proses martın 18-də davam etdiriləcək.

Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 271.2.1 (kompyuter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham irəli sürülüb.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi