kanal1

Ərinin narkotik sifarişini icra edən “Ana” həbs edildi - Foto-Yenilənib

Tarix:30-05-2025, 10:06
Baxış Sayı:46 795

Ərinin narkotik sifarişini icra edən “Ana” həbs edildi - Foto-Yenilənib


Polis Balakəndə 6 kq-dan artıq narkotik vasitə aşkarlayıb.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, keçirilən tədbirlərlə əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə dəfələrlə məhkum olunmuş 40 yaşlı Elnur Yekəyev saxlanılıb. Onun üzərində 4 kiloqramdan artıq marixuana və elektron tərəzi aşkarlanıb.

Saxlanılan şəxs narkotiklərin bir hissəsini isə Günel adlı şəxsdən aldığını bildirib. Davam etdirilən tədbirlərlə etdiyi qanunsuz əməllərə görə axtarışda olan Günel İbişovanın yeri polislər tərəfindən müəyyən olunub və həmin şəxs saxlanılıb. Onun yaşadığı ünvandan torpağa basdıraraq gizlətdiyi 2 kiloqram 700 qram marixuana və 2412 ədəd metadon həbi aşkarlanıb. G.İbişova narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyini deyib.

Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Günel İbişovanın əri – “Çopu” ləqəbli Cavidan İbişov bir müddət əvvəl narkotik vasitələrlə bağlı cinayətlərə görə həbs edilib.

Müəyyən edilib ki, o həbsdə olduğu müddətdə Bakı şəhərində və ətraf rayonlarda narkotik tədarükünü, daşınmasını və satışını arvadı - “Ana” ləqəbli Günel İbişovanın vasitəsilə həyata keçirməyə başlayıb və ona daim tapşırıqlar verərək istiqamətləndirib.

O da məlum olub ki, bir müddət əvvəl Cavidanın atası Əhmədağa İbişov cəzaçəkmə müəssisəsində oğlunu ziyarətə gedərkən ona narkotik vasitə ötürməyə çalışıb və buna görə məsuliyyətə cəlb edilib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi