kanal1

Qaçan arvadını vurdu, güllə taksi şoferinə dəydi – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Tarix:27-06-2025, 08:47
Baxış Sayı:70 866



Türkiyənin Bursa şəhərində dəhşətli hadisə baş verib.

Həyat yoldaşı tərəfindən öldürülməkdən qorxan qadın canını qurtarmaq üçün taksiyə sığınıb. Lakin təqib dayanmamış, bir neçə saniyə sonra həmin taksi odlu silahla atəşə tutulub.

Qorxu dolu anların avtomobilin içindəki kameraya əks olunan görüntüləri ictimaiyyətə təqdim olunub. Hadisə zamanı həm qadın, həm də taksi sürücüsü güllə yarası alıb.

Hadisədən dərhal sonra saxlanılan şübhəli şəxs barəsində ciddi ittihamlar irəli sürülüb. Prokurorluq tərəfindən təqdim olunan ittiham aktında bildirilir ki, o, “qəsdən adam öldürməyə cəhd”, “planlı şəkildə həyat yoldaşını öldürmək” və “ruhsatsız silah saxlamaq” maddələri ilə 20 ilə qədər həbs cəzası tələb olunub.

Cinayət anbaan kamerada – hər kəsin qanını donduran o kadrlar artıq sosial şəbəkələrdə yayılıb.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi