kanal1

Cahid Şahbazova cinayət işi açıldı - Yenilənib

Tarix:14-07-2025, 12:32
Baxış Sayı:47 703

Cahid Şahbazova cinayət işi açıldı - Yenilənib


Xəbər verdiyimiz kimi, bir müddət əvvəl vətəndaş Humay Əliyeva məşhur oftalmoloq Cahid Şahbazov tərəfindən uğursuz əməliyyat keçirdiyini bildirmişdi. Saytımıza müraciət edən qadın əməliyyatdan sonra gözünün kor olduğunu demişdi.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən şikayətlə bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq -  ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş açılıb. Cahid Şahbazov istintaqa cəlb edilib.

Xatırladaq ki, Humay Əliyeva üzləşdiyi vəziyyətlə bağlı tibbi ekspertizanın təyin edildiyini və gözündə uğursuz əməliyyat olunmasının təsdiqləndiyini əlavə etmişdi. H.Əliyeva məsələni sosial şəbəkə hesablarında ictimailəşdirəndən sonra onun videomüraciətinə tanınmış stilist Anar Ağakişiyev də rəy bildirərək oxşar problemlə üzləşdiyini qeyd etmişdi.

Oftalmoloqun vəkili Asim Abbasov isə saytımıza açıqlamasında bildirmişdi ki, Humay Əliyevanın iddiaları tamamilə yalan və böhtan xarakterlidir.

***

Cahid Şahbazovun vəkili Asim Abbasov saytımıza açıqlamasında bildirib ki, fakt üzrə cinayət işi başlanılıb: “Müvəkkilim Cahid Şahbazov cinayət məsuliyyətinə cəlb olunmayıb. Yalnız fakt üzrə cinayət işi açılıb, araşdırmalar aparılır”.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi