kanal1

Sumqayıtda çoxmərtəbəli binadakı yanğında 17 nəfər tüstüdən zəhərlənib

Tarix:21-07-2025, 08:50
Baxış Sayı:50 451

Sumqayıtda çoxmərtəbəli binadakı yanğında 17 nəfər tüstüdən zəhərlənib


Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları məlum olub.

Sumqayıt şəhər sakinləri, 2008-ci il təvəllüdlü Adilov Kənan Elşən oğluna məxsus ümumi sahəsi 80 kv.metr olan mənzilin 40 kv.metr hissəsi yanıb.

Yanğın nəticəsində həmin binada yaşayan qonşular, 1960-cı il təvəllüdlü İsmayılova Solmaz Fərzalı qızı, 1973-cü il təvəllüdlü Zamanova Yeganə Alməmməd qızı, 1959-cu il təvəllüdlü Mikayılov Taleh Məmməd oğlu, 2002-ci il təvəllüdlü Süleymanlı Fidan Ədalət qızı, 2024-cü il təvəllüdlü Süleymanlı Emin Elmir oğlu, 2009-cu il təvəllüdlü Süleymanlı Türkan Elşən qızı, 2024-cü il təvəllüdlü Zamanlı Sofiya Elçin qızı, 1983-cü il təvəllüdlü Yaqubova Gülnar Vaqif qızı, 1994-cü il təvəllüdlü Həmidov Zaur Cavanşir oğlu, 1994-cü il təvəllüdlü Məhərrəmli Məhərrəm Məharət oğlu, 1988-ci il təvəllüdlü Vəliyeva İlahə Mirvəzir qızı, 1994-cü il təvəllüdlü Cəbrayılov Cəbrayıl Namiq oğlu və vətəndaşların evdən çıxarılmasına kömək edən polis nəfərləri - 1995-ci il təvəllüdlü Nəsibli Eyvaz Əlövsət oğlu, 1999-cu il təvəllüdlü Mahmudov Həşim Umüd oğlu, 1997-ci il təvəllüdlü Əsədov Valeh Etibar oğlu, 1989-cu il təvəllüdlü Yarıyev Zaur Məzahir oğlu və 1999-cu il təvəllüdlü Xancanov Riad Ruslan oğlu tüstüdən zəhərlənərək xəstəxaya yerləşdirilib, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Qeyd edək ki, iyulun 20-də axşam saatlarında Sumqayıt şəhərində 6-cı mikrorayonda yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın baş verib. Təhlükəsizlik tədbirləri çərçivəsində 7-si uşaq olmaqla 22 nəfər bina sakini təxliyə edilib.(report)

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi