kanal1

Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi - Həkimlərə cəza

Tarix:14-11-2025, 12:13
Baxış Sayı:23 199

Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi - Həkimlərə cəza


Ağdaşda hərbi xidmətə yararsız gəncin yararlı kimi sənədləşdirilərək əsgərliyə göndərilməsinə səbəb olan 2 həkim məsuliyyətə cəlb edilib.

 “Qafqazinfo” məlumatına görə, Ağdaş Rayon Mərkəzi Xəstəxanasının şüa diaqnostikası üzrə həkimi 1960-cı il təvəllüdlü S.K və 1954-cü il təvəllüdlü həkim-terapevt M.M-ə Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə iş açılıb.

Bildirilib ki, onlar 2006-cı il təvəllüdlü çağırışçı S.Behbudovun (şərti) “Öd kisəsinin polipozu” diaqnozlu xəstəliyinə məhəl qoymadan onun hərbi xidmətə yararlı olmasına qərar veriblər. S.Behbudov Cəbrayıldakı hərbi hissədə xidmətə başlayıb.

Lakin hərbi xidmətə gedən gəncin bir müddət sonra kəskin ağrıları başlayıb və o, Dövlət Sərhəd Xidmətinin hospitalına yerləşdirilib və burada 1 aya yaxın müalicə olunub.

Bu ilin yanvarında isə 19 yaşlı gənc “Öd kisəsinin polipozu. Beta heteroziqot talessimiya. Zəif qidalanma” diaqnozu ilə “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilməklə Silahlı Qüvvələrin sıralarından tərxis olunub.

Bundan sonra gəncin hərbi xidmətə yararlı olmasına qərar verən həkimlərə cinayət işinin açılmasına və onların 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cəzalandırılmasına qərar verilib.

Ağdaş Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə həkimlərin hər biri 2 min manat cərimə cəzasına məhkum edilib.

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi