kanal1

Marketlərdə “qara çörək” tələsi - DİQQƏT

Tarix:8-12-2025, 08:40
Baxış Sayı:10 023

Marketlərdə “qara çörək” tələsi - DİQQƏT


Bəzi insanlar buğda unundan hazırlanan "ağ çörəyi" yox, çovdar unundan hazırlanan "qara çörəyi" yeməyi üstün tuturlar. Səbəb isə budur ki, çovdar çörəyi aclıq hissini yatırır,  insanı daha çox doyurur, həmçinin həzm və şəkər sistemi üçün də daha faydalı hesab olunur. Ancaq marketlərdə satılan çovdar çörəyinin tərkibinə şübhəylə yanaşanlar da var.

Bəziləri deyir ki, bu çörəyin rənginin qara, qəhvəyi olmasının səbəbi çovdar unu yox, qida rəngi kimi əlavə qatqılardır.

 Bizim.Media bu iddialarla bağlı mütəxəssis rəyini öyrənib.

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova açıqlamasında bu iddiları təsdiqləyib və bildirib ki, çovdar çörəyi satılan çörəklərin heç də hamısı çovdar unundan deyil.

"Təmiz çovdar unundan hazırlanan çörəklər tərkibinin zənginliyinə, rənginə, dadına, çəkisinə və qiymətinə görə digər çörəklərdən fərqlənməlidir. Bəzən alıcılar marketlərdə satılan qara çörəkləri çovdar unundan hazırlanmış çörəklə qarışdırırlar. Ancaq bu, belə deyil. O çörəklər bir çox halda çovdar unundan yox, buğda unundan, rəngləndiricilərdən, dadlandırıcılardan, qida qatqı maddələrindən istifadə olunaraq hazırlanır".

Bəs alıcılar bunu necə ayırmalıdır?

"Çovdar unundan hazırlanan çörək alanda  etibarlı, mənşəyi bəlli olan istehsalçının çörəyini almaq lazımdır. Üzərində mütləq "100 % çovdar unundan" yazılması mütləqdir. Əgər üzərində "çovdar unundan hazırlanıb", ancaq tərkibində isə buğda, rəngləndiricilərin adı yazılıbsa, bu, təmiz çovdar çörəyi deyil",-deyə Məhsəti Hüseynova bildirib..

Ekspert deyir ki, çovdar  çörəyinin çəkisi daha ağır olur:

"Çovdar unundan hazırlanan çörəklərin rəngi daha çox qəhvəyi, tünd qəhvəyi olur. Bəzən fərqli tonda ola bilər. Bu, unun üyüdülməsi, bişmə şəklindəndir. Çovdar çörəyinin ölçüsü kiçik olsa da, daha ağır olur. Çünki tərkibində nəmlilik dərəcəsi yüksək olur və buğda çörəyindəki kimi məsamələr, boş hissələr olmur. Həmçinin, elastiklik olmadığına görə kəsilməyə daha meylli olur, daha çətin çeynənir. Bunlar çovdar unundan hazırlanan çörəyin əlamətləridir. Dadı isə turşdur, torpaq dadını xatırladır. Çovdarın özünəməxsus qoxusu var. Qiyməti də digər çörəklərdən fərqlidir.

Satışda olan çörəkləri alarkən mütləq onun etiket məlumatlarına diqqətlə baxmaq lazımdır".

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi