kanal1

Rəsmi Bakı həmin məktubdan ötən aydan məlumatlı olub

Tarix:7-01-2026, 11:26
Baxış Sayı:45

Rəsmi Bakı həmin məktubdan ötən aydan məlumatlı olub


Dünən teleqram kanallarında Rusiya İstintaq Komitəsinə aid olduğu və Azərbaycan Baş Prokurorluğuna ünvanlandığı məktubun görüntüləri yayılıb. 


 AZAL-a məxsus sərnişin təyyarəsinin 2024-cü ilin dekabrında Rusiyada əlverişsiz hava şəraiti səbəbindən yerə enə bilmədiyi, daha sonra eniş zamanı yerə çırpıldığı, bu əsasda cinayət işinə xitam verildiyi bildirilən məktub ölkə ictimaiyyəti arasında ciddi rezonans doğurub. 


Maraqlıdır ki, məktubun məzmunu Rusiya Prezidenti Vladimir Putinin ötən ilin oktyabrında Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı səsləndirdiyi rəsmi mövqeyi ilə əhəmiyyətli dərəcədə ziddiyyət təşkil edir. Rusiya lideri bu zaman AZAL təyyarəsinin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə vasitələrinin fəaliyyəti nəticəsində qəzaya uğradığını etiraf etmişdi. Putin həmçinin qeyd etmişdi ki, Rusiya qəza ilə əlaqədar bu cür faciəvi hallarda təzminat ödənilməsinə dair tələb olunan hər şeyi edəcək.


Sosial şəbəkələrdə bir çoxları həmin məktubun həqiqi olmasına dair şübhələr səsləndirib, onun feyk ola biləcəyini irəli sürüblər. Lakin bu məqamda xatırladaq ki, Rəsmi Bakı sözügedən məktubdan hələ ötən aydan xəbərdardır. Belə ki, xarici işlər naziri Ceyhun Bayramov dekabrın 26-da ilin yekunlarına dair keçirilən mətbuat konfransında Azərbaycana Rusiya İstintaq Komitəsi tərəfindən imzalanmış məktub təqdim edilməsindən danışmışdı.


Nazir bu zaman məktubun detallarını açıqlamasa da, orada Azərbaycanın ciddi təəccübünü doğuran məqamların olduğunu vurğulamış, bunlardan birinin Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin məsələ ilə bağlı cinayət işinə xitam verməsi barədə məlumatın olduğunu demişdi. 


Həmçinin məlum olub ki, ölkəmiz həmin məktuba cavab olaraq detallı mövqe nümayiş etdirib və bunu qarşı tərəfə çatdırıb. Burada Azərbaycanın əsas gözləntisinin məsələnin araşdırılmasının başa çatdırılması, eləcə də kompensasiyaların ödənilməsi olduğu vurğulanıb.


Məktubda diqqət çəkən məqamlardan biri də onun üzərində qeyd olunan tarixdir. Belə ki, 2025-ci il 17 dekabr tarixində imzalanan məktubun aradan vaxt keçdikdən sonra indi yayılması suallar doğurur.


Onu da xatırladaq ki, dekabrın 21-də Kremlin rəsmi sözçüsü Dmitri Peskov Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirsə də, bir gün sonra Azərbaycan Prezident Administrasiyası İlham Əliyevin Rusiyaya gözlənilən səfərinin baş tutmayacağını açıqlayıb. Buna səbəb kimi isə dövlət başçısının iş qrafikinin sıxlığı göstərilib.(qafqazinfo)


 

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi