kanal1

Bakı Köçəryanı gözləyir... - Xocalı canisindən qayıdış VƏDİ

Tarix:27-04-2026, 10:54
Baxış Sayı:1 154


Ermənistanda kritik parlament seçkilərinə ayarımdan da az qaldı. Səsvermə günü yaxınlaşdıqca keçmiş xuntaçılar, o sırada “müharibə partiyası”nın odioz üzvləri öz gerçək mahiyyətlərini daha qabarıq büruzə verməyə başlayıblar. “Bu gün artsaxa qayıdış hüququndan danışmaq realdır. Biz buna nail ola bilərik”. Musavat.com bildirir ki, bu sözləri Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokundan baş nazirliyə namizəd, Xocalı hərbi canisi Robert Köçəryan bildirib. Radikal-revanşistin iddiasına görə, dünya hazırda o qədər təlatümlüdür ki, “əgər buna indi nail olunmasa, təhlükəsiz qayıtmaq imkanı əldən çıxa bilər”.


“Amma dünya elədir ki, pəncərələr açılır. Sovet İttifaqı dağılmasaydı, artsax məsələsi yəqin ki, o zaman həll olunmazdı. Hansısa tarixi pəncərə açıldı və həmin tarixi pəncərə ərzində biz daha hazırlıqlı, daha cəsarətli, haqlı olduğumuza daha çox əmin idik. Və sonra biz buna nail olduq. İndi bu hökumət o pəncərəni bağlayıb ki, bir daha açmaq imkanımız olmasın. Bu pəncərə açıq qalmalıdır”, - deyə Köçəryən xəyal edib və onu da deyib ki, on il sonra Cənubi Qafqazda nə baş verəcəyini heç kim bilmir.


Köçəryan nə çərənləyir və nəyə ümid edir? Konkret olaraq bu quldurun özü Azərbaycana gələ bilər. Əlbəttə ki, törətdiyi çoxsaylı cinayətlərə görə Azərbaycanın ədalət məhkəməsində mühakimə olunmaq üçün! Əli xalqımızın qanına batmayan digərləri üçün isə əsas şərt məlum: Azərbaycan Konstitusiyasını və bayrağını qəbul eləmək. Bunsuz geriyə dönüş yoxdur, olmayacaq!


Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Azərbaycanın elə Köçəryanın gəlişini gözlədiyini bildirib. Onun sözlərinə görə, Xocalı cəlladı "Laçın" sərhəd-keçid məntəqəsinə yaxınlaşa bilər: "Əvvəlcə onu Qarabağda gəzdirə bilərik. Qoy Köçəryan sonuncu dəfə Xankəndiyə, Xocalıya, Əsgərana baxsın və necə dəyişdiyini görsün. Ondan sonra Köçəryan etdiyi cinayətlərə görə mühakimə olunacaq. Odur ki, bu uşaq qatilinin Qarabağa gəlişi haqda dedikləri blefdir. Sadəcə, seçki ərəfəsində avantüra ilə məşğuldur".


Ç.Qənizadə qeyd edib ki, Köçəryan "qayıdış" dedikdə yenidən Qarabağın işğalını xəyal edir: "Ancaq onun arzuları çoxdan puç olub. Ermənilərin bölgəyə qayıtması o halda mümkündür ki, Ermənistan vətəndaşlığından imtina etsinlər. Amma biz görürük ki, Qarabağı öz xoşu ilə tərk edən ermənilər orada vətəndaşlıq alırlar. Ona görə də qayıtmaq istəmədikləri aydındır. Əgər istəsəydilər, heç getməzdilər. Yəni bu məsələdə hüquqi amillər var. İlk növbədə vətəndaşlıq pasportu alınmalıdır. Paşinyan isə deyir ki, bu məsələ həmişəlik bağlanıb və onlar Ermənistanda yaşamalıdırlar".

DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
DÇ-2026-nın ilk medalçısı müəyyənləşir: Üçüncü yerin sahibi kim olacaq?
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
"Allah bəlanı versin, Haluk Levent, pullar kasıbların idi"
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə növbəti zərbələr endirdi
Xırdalandakı güclü yanğın olub
Xırdalandakı güclü yanğın olub
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
Rusiyaya alverə gedən azərbaycanlılara XƏBƏRDARLIQ
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
“Azərbaycanda cadugərlər itlərin dərisini soyur, arxa dişlərini çəkir...”
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi
İstirahətə gedənlərin DİQQƏTİNƏ! - Yol polisi xəbərdarlıq etdi